Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

24 fevral 2017 | 16:00

     XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından 25 il ötür. Bununla əlaqədar bu gün Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov başda olmaqla İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilatların kollektivləri,  rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmişdir. Yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, soyqırım qurbanlarının  xatirəsini ehtiramla yad etmişlər.Yürüşdən sonra Xızı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.

     Tədbirin sonunda  şagirdlərin ifasında ədəbi- bədii kampazisiya nümayiş etdirilib.

Keçidlər