Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Novruz bayramı münasibəti ilə tədbir keçirildi.

17 mart 2017 | 16:00

    Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Xızı rayonu ərazisində geniş qeyd olundu. Bayram münasibəti ilə Xızı rayonu Xızı şəhər Heydər Əliyev küçəsi ərazisində geniş bayram tədbiri təşkil olundu.Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ali, orta-ixtisas, orta ümumtəhsil, səhiyyə və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak edirdilər.
   Bayram şousu xüsusi şənlik ab-havası ilə fərqlənirdi. Əvvəlcə çapar hamını Heydər Əliyev küçəsi ərazisinə dəvət etdi. Burada qonaqları el ağsaqqalı Dədə Qorqud qarşıladı. Bayrama faytonla gəlmiş Bahar qızı günəş təqvimi ilə yeni ilin başlanmasını xəbər verdi və hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq tonqal qalandı. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət etdi.
   Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, mədəniyyətimizin dünyada təbliğində böyük işlər görür.
  Bayram şənliyində Novruz bayramının qədim zamanlardan mövcud olan atributları ilə bərabər qədim adət-ənənələri, milli folklor nümunələri və xalq  oyunlarını özündə əks etdirən maraqlı proqram tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı. Kəndirbazların çıxışları, milli idman növlərinin nümayişi, milli mətbəximizə aid olan təamlar və şirniyyatlar, kosa və keçəlin məzhəkələri xüsusi rəğbətlə qarşılandı. Tədbirin sonunda bayram konserti keçirildi.

Keçidlər