Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində Şəhid olmuş Novruzov Ravil Elman oğlunun anım tədbiri keçirildi

01 aprel 2017 | 16:00

     01 Aprel 2017-ci il tarixində Xızı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində 02-04 aprel şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xızı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti, Təhsil kollektivi iştirak etmişdir. Tədbir iştirakçıları tərəfindən Vətən uğrunda dünyasını dəyişən bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş və aprel döyüşlərində şəhid olmuş şəhid Ravil Novruzovun döyüş və şəhidlik həyatına həsr olunmuş "Burda Bir İgid Ölüb"adlı Aydın Baybəyimin kitabının təqdimatı keçirilmişdir. Sonra şəhidin əziz xatirəsi Giləzi qəsəbə tam orta məktəbinin şagird kollektivinin şeir və səhnə kompozisiyaları ilə davam etmişdir.
    Tədbirin Bədii hissəsindən sonra tədbir iştirakçıları tərəfindən Şəhidin dəfn olunduğu yer dərin fəxr və hüzn hissi ilə ziyarət edilmişdir.

Keçidlər