Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Xızı rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edildi.

10 may 2017 | 16:00

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü günüdür. Artıq 14-cü ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Azərbaycanın hər yerində olduğu kimi, dünya ölkələrində də geniş qeyd edilir. Ölkəmizin bütün bölgələrində bu əlamətdar gün – Azərbaycan xalqının xilaskarı, müasir müstəqil dövlətimizin banisi, respublikamızı sarsılmaz, dönməz yüksəliş yoluna çıxarmış əbədi inkişaf strategiyasının müəllifi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir, dahi şəxsiyyətin Vətən və dövlət qarşısındakı xidmətləri minnətdarlıqla xatırlanır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, eləcə də diasporumuzun təmsilçiləri ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbirlər keçirərək görkəmli siyasi xadimin zəngin və çoxşaxəli fəaliyyətini, Vətən və xalq qarşısındakı xidmətlərini geniş təbliğ edirlər.
Xalqımızın xilaskar oğlunun hər doğum günündə olduğu kimi, bu il mayın 10-da da səhər Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov başda olmaqla İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilatların kollektivləri,  rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Xızı şəhərində yerləşən Heydər Əliyev parkına üz tuturlar. Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə-tər güllər qoyulur, əziz xatirəsi dərin ehtiramla yad edilir, ruhuna dualar oxunur.

Keçidlər