Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib.

10 may 2017 | 16:00

     Xızı rayon icra hakimiyyətinin təşəbbüsü ilə mayın 10-da səhər saatlarından Giləzi qəsəbəsi ərazisində Giləzi-Xızı yolunun 3.5-ci km-də ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında 3500-ə yaxın aqrar əhəmiyyətli və digər növ ağaclar əkildi.
     Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Bunun bariz nümunəsi Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya İli” elan etməsi olub. Dövlətimizin başçısı neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşıb. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı əməli işlər görülüb, ölkədə milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb.
     Qeyd edək ki, müxtəlif vaxtlarda həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edib. Bu gün vətəndaşların ağacəkmə aksiyalarında, yaşıllıqlar salınmasında, şəhər və rayonlarımızda təmizlik işlərində fəal iştirakı bunun əyani göstəricisidir. Bu gün Azərbaycanda ekologiyanın qorunması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bir çox ölkələrə nümunə ola bilər.

Keçidlər