Xızı rayonunda “Narkomanlıqla mübarizə”yə aid maarifləndirici tədbirlər keçirilmişdir.
26 may 2017 | 16:00
Xızı rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası tərəfindən 24-25 may 2017-ci il tarixlərində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədi ilə Xızı şəhər, Yeni Yaşma kənd, Sitalçay kənd məktəblərində yuxarı sinif şagirdləri ilə narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə maarifləndirici tədbirlər keçirilmişdir.