Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun-Milli Qurtuluş Günü münasibətilə Xızı rayonunda bayram tədbiri keçirildi.

14 iyun 2017 | 16:00

Xızı rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri təşkil edilib.

Bayram tədbirində Xızı rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov başda olmaqla İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilatların kollektivləri,  rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Tədbirdə qeyd olunub ki, tarixdə elə günlər mövcuddur ki, aid olduğu hadisələrin ictimai-siyasi yükü, zaman qarşısında töhfəsi ilə yaddaşlara həkk olunur. Belə günlərdən biri 15 iyun 1993-cü il dünya siyasətinin azərbaycanlı dahisi, ulu öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdış günü Azərbaycan təqviminin qızıl səhifəsidir. Vurğulandı ki, bu gün cənab İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin əldə etdiyi qüdrət qloballaşan dünyada dövlətimizin müstəqilliyinin qarantına çevrilmişdir.Tədbir mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə maraqlı konsert proqramı ilə davam etmişdir.

Keçidlər