Şriftin ölçüsü :

Saytın rəngi :

Nakam şairimiz Mikayıl Müşfiqin anadan olmasının 109-cu il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

05 iyun 2017 | 16:00

Xızı rayon Heydər Əliyev Mərkəzində Mikayıl Müşfiqin anadan olmasının 109 -illiyinə həsr olunmuş tədbir keçirilib. İlk olaraq Heydər Əliyevin büstü və Mikayıl Müşfiq muzeyində yerləşən M.Müşfiqin büstü önünə gül dəstələri düzülüb, xatirə şəkilləri çəkilib. Sonra Xızı rayon Heydər Əliyev Mərkəzində şairin həyatına və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Respublikanin əməkdar incəsənət xadimləri, yazıçılar, şairlər geniş çıxışlar ediblər. Tədbirdə kompozisiyalar səsləndirilib, Mikayıl Müşfiq şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

Keçidlər