Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

11 sentyabr 2017 | 16:00

Bu gün Xızı rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə güllər qoyublar.
Konfrans Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı.
Xızı rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev hesabat məruzəsində 2016-2017-ci tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə tədbir iştirakılarına məlumat verdi . Bildirildi ki, 2016-2017-ci tədris ili keyfiyyətin artırılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi ilə yaddaqalan olub.
O.R.Abdullayev çıxışında Xızı RTŞ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin 2017-2018-ci tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini bildirib. Təhsil şöbəsinin müdiri ötən dərs ili ərzində əldə olunan nailiyyətlərin müqayisəli təhsilini aparıb, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işləri diqqətə çatdırıb.
O.Abdullayev bildirdi ki, bu il Azərbaycanın tədris sistemində keyfiyyət ilinin təmin olunması ilə bağlı həyata keçiriləcək tədbirlərlə əlaqədar Təhsil Nazirliyi tədbirlər planı təsdiq edib. Fəaliyyət planında təhsilin bütün əsas istiqamətləri, məktəb idarəetməsində ən müasir texnologiyalardan, yanaşmalardan istifadə, təmayülləşmə, məktəblərdə mütəmadi olaraq şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, kadr təminatı, məktəb mühitinin yaxşılaşdırılması, məktəb sənədləri ilə iş və keyfiyyətə təsir edən digər sahələr üzrə işlərin görülməsi nəzərdə tutulur. Xızı RTŞ həmin fəaliyyət planı əsasında il ərzində məktəblərin fəaliyyətini istiqamətləndirəcək.
Konfransda çıxış edən Xızı rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Süleymanova Respublikanın və Xızı rayonunun son illər təhsilində, ümumi sferasında baş verən uğurlardan danışdı. Yüksək bal toplayan tələbələri təbrik edib, Rayon İcra Başçısı cənab Xəzər Aslanovun hədiyyələrini onlara təqdim etdi.
Konfransda çıxış edən Təhsil Nazirliyinin əməkdaşı Vidadi Bağırov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Bilik günü münasibətilə təhsil işçilərini təbrik edən V.Bağırov bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırdı. Nümayəndə “Ümumi təhsildə keyfiyyət ili” elan edilmiş növbəti tədris ilinin fəaliyyət baxımından daha zəngin olacağını vurğuladı.
Sonra, Xızı şəhər tam orta məktəbinin müəllimi Tural Fərəcov tərəfindən Xızı rayon təhsil işçilərinin “2016-2017-cidərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş sentyabr (2017) konfransının qərar layihəsi oxunuldu və yekdilliklə qəbul olundu.
Sonda Turkoba kənd ümumi orta məktəbinin direktoru Zaur Zeynallı tərəfindən Xızı rayon təhsil işçilərinin 2017-ci il sentyabr konfransının iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti oxunuldu.

 

Keçidlər