2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Xızı rayon İcra Hakimiyyətinin Başçısı Xəzər Aslanov 09 oktyabr 2017-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İlin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev qeyri-neft iqtisadiyyatımızın 2,5 faiz, qeyri-neft sənayemizin 3,1 faiz, kənd təsərrüfatımızın 2,8 faiz, xarici ticarət dövriyyəmizin 7 faiz artığını, ilin 9 ayında xarici ticarətin müsbət saldosunun 4,4 milyard dollara bərabər, ixracımızın idxaldan 4,4 milyard dollardan çox olduğunu qeyd edərək, bütün bu göstəricilərin bizim iqtisadi uğurlarımızı əks etdirdiyini, eyni zamanda, bizim uğurlu inkişafımızın təzahürü olduğunu diqqətə çatdırdı. İqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biri olan valyuta ehtiyatlarımızın ilin 9 ayında 4,5 milyard dollar artaraq 42 milyard dollara çatdığını bildirən dövlət başçımız bunu 9 ayın ən uğurlu nəticələrindən biri hesab etmişdir.
Bu gün özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bildiyimizi, müstəqil siyasət aparan ölkə kimi tanındığımızı diqqətə çatdıran cənab Prezident, əlbəttə ki, bunun təməlində güclü siyasi iradənin, xalq-iqtidar birliyinin və bir çox başqa amillərin dayandığını qeyd etdi.
Doqquz ayda həm Bakıda, həm də bölgələrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini bildirən Prezident İlham Əliyev, həmin dövrdə 171 mini daimi olmaqla 226 min yeni iş yerinin yaradıldığını qeyd etdi.
İlin 9 ayında 10 xarici səfər etdiyini bildirən dövlət başçımız bu səfərlərin hər birinin ölkəmiz üçün faydalı olduğunu, rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyi çıxışların Azərbaycanın siyasətini əks etdirdiyini, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırdığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizin dəyişməz olaraq qaldığını, ölkəmizin ərazi bütövlüyünün danışıqlar predmeti olmadığını və heç vaxt olmayacağını, torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcəyini və ərazi bütövlüyümüzün bərpasının bizim əsas vəzifəmiz olduğunu qeyd etdi.
İqtisadi sahədə uğurlarımızı əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırıb. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, böyük uğur və tarixi nailiyyətdir.
Hörmətli toplantı iştirakçıları !
Rayon Statistika idarəsinin təqdim etdiyi ilkin məlumatlara əsasən 01 yanvar 2017-ci il vəziyyətinə Xızı rayonu əhalisinin sayı 16568 nəfər təşkil edir ki, bundan 8138 nəfərini kişilər, 8430 nəfərini qadınlar təşkil edir. 2017-ci ilin doqquz ayı ərzində Xızı rayonu üzrə 168 doğum, 65 ölüm, 57 nikah, 10 boşanma qeyydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin sayı 223 nəfər və ya 1,36 faiz, ölənlərin sayı 3 vahid və ya 4,8 faiz, nikahlar 21 vahid və ya 58,3 faiz artmış, doğulanların sayı 16 vahid, yəni 8,7 faiz, boşanmalar 2 vahid, yəni 16,7 faiz azalmışdır.
Rayonda İctimai-siyasi durum sabitdir. Rayonda yeganə partiya Yeni Azərbaycan Partiyası fəaliyyət göstərir. Hazırda YAP Xızı rayon təşkilatı 40 ərazi ilk partiya təşkilatı üzrə 1861 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 860 (46,2%) nəfəri qadınlar, 852 (45,8 %) nəfəri gənclərdir. Rayon ərazisində digər partiyaların dayaq nöqtələri mövcud deyildir. Rayonda 5 qeyri hökumət təşkilatı, 9 ictimai təşkilat, 10 məscid (7-i fəaliyyət göstərir) və 10 pir vardır. Rayon üzrə vəhabilik təriqətinə xidmət edən 3 ailə vardır. Bunlardan 2 ailə Giləzi qəsəbəsində, 1 ailə isə Sitalçay kəndində yaşayır ki, onların fəaliyyəti daim nəzarətdə saxlanılır. Digər dini icmalar mövcud deyil. Rayonda Xızı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xızı” qəzeti nəşr olunur.
Rayon ərazisində yaşayan məcburi köçkünlərin sayı 258 nəfər (71 ailə), qaçqınların sayı isə 3269 nəfər (643 ailə) təşkil edir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə Xızı Rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi Qərargah tərəfindən rayonun iqtisadi potensialına uyğun həyata keçirilən tədbirlər nəticəsində 06 oktyabr 2017-cı il tarixinədək rayon ərazisində 198 yeni iş yeri yaradılmış, mövcud ştat vahidlərinə və yeni yaradılmış iş yerlərinə qəbul olunmaqla 197 nəfər işlə təmin olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin 9 ayı ərzində rayon ərazisində yeni yaradılmış müəssisə və təşkilatlarda 38, mövcud müəssisə və təşkilatlarda 44, fiziki şəxslərdə 104 olmaqla 186 daimi, digər tədbirlər üzrə isə 178 müvəqqəti iş yeri yaradılmışdır.
Rayonda aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, hazırda Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının, “Xızı Qrand Hotel”in, Kənd Təsərrüfatı Nazirliyinin Xızı rayon idarəsinin inzibati-laboratoriya binasının inşası, Xızı-Altıağac avtomobil yolunda yenidənqurma işləri davam etdirilir, 5 km məsafədə Yeni Yaşma kənd giriş yolu (2 km) və kənddaxili (3 km) yollarda əsaslı təmir işləri isə yekunlaşmışdır. Həmçinin qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin əvəzinə tikilən 25 ədəd fərdi yaşayış evlərində son tamamlama işləri aparılır.
Rayon ərazisində sosial layihələrin icra edilməsi və uşaq bağçalarının tikintisi davam etdirilmişdir. Bu tədbirlər əhalinin sosial əhəmiyyətli sifarişləri əsasında həyata keçirilmiş, onlar tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Hazırda 75 yerlik Xızı şəhər Uşaq bağçasının və 420 şagird yerlik Xızı şəhər tam orta məktəbinin layihələndirmə işləri aparılır. 2017-ci ildə rayonda sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədilə yeni iş yerlərinin açılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası olaraq abadlıq və təmizlik, habelə çoxmənzilli binaların əsaslı təmiri işlərinə cəlb olunacaq müvəqqəti işçilərin saxlanılması və malların (işlərin və xidmətlərin) satın alınması həyata keçirilmiş və bu işlərin görülməsinə 19 nəfər müvəqqəti işçi cəlb edilmişdir.
Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Xızı şəhərinin və Altıağac qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2012-ci ildən başlanmış və su mənbələrində sugötürücü qurğuların quraşdırılması, magistral su kəmərinin tikintisi başa çatdırılaraq 1-ci mərhələ üzrə inşaat işləri yekunlaşdırılmışdır. Hazırda Xızı şəhəri və Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələrinin qurulması işləri həyata keçirilir.
İcarə qaydasında istifadələrində olan dövlət fondu torpaqlarında 2016-cı ildə “Xızı Aqropark” MMC-yə hər biri 10 ha olmaqla 5 ədəd istixana kompleksinin və 1000 başlıq heyvandarlıq kompleksinin, “Yaşma Quşçuluq ” MMC-yə isə 60 min tonluq yem anbarının tikilməsinə Rayon İcra hakimiyyəti tərəfindən razılıq verilmişdir. Hazırda hər üç obyektin, eləcə də “Giləzi Quşçuluq” MMC-yə məxsus ərazidə 18 min tonluq soyuducu anbarın tikinti işləri davam edir. Bundan başqa rayonun Giləzi qəsəbəsi ərazisində “Giləzi yem” ASC tərəfindən tutumları 5,0 min, 7,5 min və 10 min ton olan 3 ədəd anbarın tikintisi aparılır.
Rayon ərazisində mövcud istixanaların monitorinqinin aparılması məqsədi ilə Xızı Rayon İcra Hakimiyyəti başçısının 13 iyul 2017-ci il tarixli 43 nömrəli sərəncamı ilə yaradılmış komissiya tərəfindən ümumi sahəsi 46800 m2 olan 10 ədəd istixana müəyyən edilmiş və toplanmış materiallar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.
Rayon Statistika idarəsinin təqdim etdiyi ilkin məlumatlara əsasən 2017-ci ilin 9 ayı ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 68 milyon 588 min 500 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 milyon 966 min manat və ya 47,1 % çoxdur. O cümlədən, kənd təsərrüfatı məhsulunun həcmi 1 milyon 849 min 300 manat, yəni 6,1 % artaraq 32 milyon 54 min manat, nəqliyyat sektorunda əldə olunan gəlirlər 1 min 400 manat, yəni 0,3 % artaraq 518 min manat, ticarət xidmətinin həcmi 33 min 400 manat, yəni 0,5 % artaraq 6 milyon 182 min 100 manat, informasiya və rabitə xidmətlərinin həcmi 500 manat, yəni 0,48 % artaraq 104 min manat, sənaye məhsulunun həcmi 1 milyon 919 min 700 manat, yəni 87 % artaraq 4 milyon 126 min 300 manat, tikinti-quraşdırma işləri isə 18 milyon 161 min 700 manat, yəni 3,4 dəfə artaraq 25 milyon 604 min 100 manat olmuşdur. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 1 milyon 882 min 700 manat artaraq 38 milyon 286 min 100 manat təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 3 layihə üzrə cəmi 36 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 3 yeni iş yerinin açılması imkanı yaranmışdır.
Xızı rayonu üzrə Maliyyə Şöbəsi 2017-ci ilin 9 ayı ərzində rayon büdcəsinin mədaxil proqnozunu ümumilikdə 1 milyon 391 min 499 manata qarşı faktiki 1 milyon 415 min 340 manat yerinə yetirmişdir. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan illik yerli gəlir nəzərdə tutulmuş xərclərin yalnız 74,0 %-ni təşkil edir.
Ümumilikdə büdcənin məxaric hissəsi 1 milyon 996 min 18 manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 1 milyon 454 min 103 manat icra olunmuşdur. Büdcə məxaricinin təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Buna baxmayaraq əmək haqqı və sosial müdafiə xərclərinin vaxtında ödənilməsi tam təmin edilmiş , bu sahədə heç bir problem olmamışdır.
Büdcə məxaricinin əhəmiyyətli hissəsini sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi təşkil edir. Bu tədbirlərin maliyyələşdirilməsinə 631 min 974 manat vəsait sərf olunmuşdur ki, bu da bu tədbirlər üçün nəzərdə tutulmuş xərclərin 81,6 %-ni təşkil edir. Təhsil xərclərinə ümumilikdə 139 min 887 manat, səhiyyə xərclərinə 479 min 797 manat, bədən tərbiyyəsi və gənclər siyasəti xərclərinə 9 min 007 manat vəsait sərf olunmuşdur ki, bu xərclərin də əsas hissəsini əmək haqqı və ona bərabər tutulan xərclər təşkil edir.
Hesabat dövrü ərzində ümumi xərclənən vəsaitin 67,6 %-ni əmək haqqı və ona bərabər tutulan xərclər təşkil etmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi tərəfindən hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə 9 aylıq proqnoz tapşırığa 827,5 min manata qarşı 849,9 min manat və ya 102,7% əməl edilmişdir.
O cümlədən büdcə təşkilatları üzrə 398,5 min manat proqnaza qarşı 370,8 min manat və ya 93,0 %, qeyri-büdcə təşkilatları üzrə 429 min manat proqnoza qarşı 479,1 min manat və ya 111,8 % əməl edilmişdir.
Fərdi sahibkarlıqla məşğul olanlar üzrə 38,7 min manat proqnoz tapşırığa qarşı 29,5 min manat (76,2 %), torpaq pay mülkiyyətçiləri üzrə 4,5 min manat proqnoz tapşırığa qarşı 1,0 min manat (22,2 %) əməl edilmişdir ki, bu da ötən illə müqayisədə Fərdi sahibkarlıqla məşğul olanlar üzrə 1,6 min manat çox, torpaq pay mülkiyyətçiləri üzrə isə 0,1 min manat azdır.
Şöbədə 9 ay ərzində qeydiyyatda 220 hüquqi, 540 fiziki və 774 mülkiyyətində istifadəyə yararlı torpaq sahəsi olan sosial sığorta ödəyicisi vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 146 fiziki şəxs və 77 torpaq payçısı çoxdur. Qeydiyyata alınmış 220 hüquqi şəxsdən 78-nin, 540 fiziki şəxsdən 153-nün, 774 torpaq payçılarından 80-nin fəaliyyəti olub və onlarla qarşılıqlı hesablaşma aparılır.
Rayonda ünvanlı sosial yardıma daha çox ehtiyacı olan insanların, aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2017-ci ilin doqquz ayı ərzində Vahid Elektron Müraciət və Təyinat alt sistemi (VEMTAS) vasitəsilə 26 ailəni təmsil edən şəxs tərəfindən ünvanlı sosial yardım üçün müraciət edilmiş, 16 ailə, 61 ailə üzvünə ünvanlı sosial yardım təyin edilmiş, 10 ailə, 40 ailə üzvünə isə yardım təyin edilməsindən imtina edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 1993-cü il tarixli 433 saylı Qərarına uyğun olaraq Nazirliyin müvafiq əmrinə əsasən Xızı rayonu üzrə 2 nəfər Qarabağ əlili və 1 nəfər Əfqanıstan əlili pulsuz minik avtomibili almaq üçün növbədə dayanmışdır. Vətəndaşlara hər il 2 dəfə pensiyalarının baza hissəsinin 20%-i həcmində benzin xərci verilir.
2017-ci ilin 9 ayı ərzində Xızı Rayon Məşğulluq Mərkəzində 210 nəfər vətəndaş işaxtaran kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 117 nəfər vətəndaş Mərkəzin vasitəçiliyi ilə rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatlarda daimi işlə təmin olunmuşdur. Onlardan 20 nəfəri qadınlar, 47 nəfəri gənclər, 8 nəfəri isə məcburi köçkün və qaçqınlar olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na əsasən Xızı Rayon İcra Hakimiyyəti Başçısının 28 sentyabr 2016-cı il tarixli 97 saylı sərəncamı ilə Xızı rayonu üzrə fəaliyyət göstərən 4 müxtəlif idarə, müəssisə və təşkilat üzrə 11 nəfərlik kvota yeri müəyyən olunmuşdur. Həmin yerlərin hamısı əlillər üçün nəzərdə tutulmuşdur. Hesabat dövrü ərzində qeydiyyata alınmış vətəndaşlar arasında 1 nəfər əlil olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncama uyğun olaraq Xızı rayon Məşğulluq Mərkəzi tərəfindən 3 nəfər işaxtaran vətəndaş özünüməşğulluq fəaliyyətinə cəlb olunmuşdur. Onlardan 1 nəfəri qadın, 1 nəfəri şəhid ailəsi üzvü, 1 nəfəri isə məcburi köçkün və qaçqın olmuşdur.
Tərəfimdən imzalanmış 28.04.2017-ci il tarixli 24 №-li Sərəncama müvafiq olaraq 01 iyun 2017-ci il tarixdə keçirilən “Əmək Yarmarkası”na rayonda fəaliyyət göstərən 26 idarə, müəssisə və təşkilat tərəfindən 140 boş iş yeri təqdim edilmişdir. “Əmək Yarmarkasında” iştirak edən 190-dan çox işaxtaran və işsiz vətəndaşlardaşdan 43 nəfərinə müvafiq vakant vəzifələrə göndərişlər verilmişdir. Göndəriş verilən vətəndaşlardan 15 nəfəri müxtəlif idarə və təşkilatlarda münasib işlə təmin olunmuşdur. Onlardan 2 nəfəri qadınlar, 7 nəfəri gənclər və 1 nəfəri isə məcburi köçkün və qaçqın olmuşdur.
2017-ci ilin yarım ili ərzində 19 nəfər işaxtan vətəndaşa işsizlik statusu verilmiş və işsizlik müavinəti təyin olunmuşdur. İşsizlik statusu verilmiş 19 nəfər işsiz vətəndaşdan 8-i qadın, 8-i gənc, 3-ü isə qaçqın və məcburi köçkünlər olmuşdur
“Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Xızı Şəbəkə sahəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə əlaqədar Sitalçay kəndində zədələnmiş 2 ədəd 250 kVa transfarmatorun yerinə 1 ədəd 400 kVa, 1 ədəd 250 kVa, Yeni-Yaşma kəndində 250 kVa transfarmatorun yerinə 160 kVa, Yaşma kəndindəki transfarmator yarımstansiyasında 160 kVa transfarmatorun yerinə 250 kVa transfarmator quraşdırılmışdır. 35/10 kV Xızı yarımstansiyasında 1 ədəd 10 kV 1000A vakkum açarı quraşdırılmış və 35/10 kV Baxışlı yarımstansiyası istifadəyə verilmişdir.
10,6 və 0,4 kV-luq elektrik verilişi xətlərində, transfarmator məntəqələrində, yarımstansiyalarda, paylayıcı qurğularda cari təmir işləri aparılmış, qəza bərpa işləri görülmüşdür. Təmir işlərinin aparılmasında 4056 metr AS-50 markalı naqil, müxtəlif markal kabel , 909 ədəd izolyatror, 4 ədəd ayırıcı, 50 ədəd dəmir-beton, 2 ədəd metal dayaq istifadə edilmişdir. “Azərişıq” ASC tərəfindən daxili imkanlar hesabına rayonun Qarabulaq kəndində 0,4 kV elektrik verilişi xətlərində yenidən qurma işləri davam etdirilir.
Bundan başqa Xızı Rayon İcra Hakimiyyətinin çoxsaylı müraciətlərindən sonra , 90-cı illərdə Xalq cəbhəsinin hakimiyyəti dövründə Qars kəndinin dağıdılmış elektrik təsərrüfatı yenidən bərpa edilir. Hazırda Qars kəndinə 1 ədəd 63/10 kVa transfarmatorun qurulması başa çatdırılmış, elektrik verilişi xətlərinin çəkilişi işləri isə davam etdirilir.
Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə “Azərişıq” ASC tərəfindən rayonun Xızı şəhərinin, Altıağac qəsəbəsinin, Fındığan və Tıxlı kəndlərinin elektrik şəbəkələrində yenidənqurma işləri aparılmış, sayğaclar yenisi ilə əvəz edilmiş və bu işlər hazırda davam etdirilməkdədir.
Eyni zamanda elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” ASC tərəfindən tərtib edilmiş rayonun Sitalçay, Yeni Yaşma və Yaşma kənd yaşayış məntəqələrinin 10 və 0,4 kV-lıq elektrik şəbəkələrinin yenidənqurulması planı tərəfimdən təsdiq olunaraq ASC-yə təqdim olunmuşdur.
Hesabat dövrü ərzində rayon üzrə dəyəri 4 milyon 217 min 700 manat təşkil edən 48 milyon 300 min 200 kVt/saat elektrik enerjisi satışa ötürülmüş, istifadə olunan enerjiyə görə ümumilikdə 3 milyon 775 min 200 manat vəsait yığılmışdır ki, bu da 89,5 % təşkil edir.
O cümlədən əhali istehlakçılarına 9 ay ərzində dəyəri 493 min 439 manat olan 7 milyon 049 min 125 kVt/saat enerji verilərək 540 min 100 manat vəsait toplanmış və yığım faizi 109,4 % təşkil etmişdir.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xızı Xidmət Sahəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində təbii qazın fasiləsiz verilməsi üçün rayonun Xızı şəhəri, Giləzi və Altıağac qəsəbələri, Xələnc, Fındığan, Baxışlı, Yeni Yaşma və Tıxlı kəndləri ərazisində müxtəlif diametrli 8074 p/m qaz xətti həyətyanı sahələrdən küçəyə çıxarılaraq , 114 mm-lik daşıyıcı qaz xəttinin 500 p/m hissəsi torpaq altından çıxarılaraq dayaqlar üzərinə qaldırılmış, 50 mm diametrli 4 ədəd siyritmə quraşdırılmış, Qızılqazma, Yarımca və Qarabulaq kəndlərinə gedən qaz xəttinin üzərində 50 mm-lik 1 ədəd yeni qaz tənzimləyicisi quraşdırılmışdır.
Əhali sektoru üzrə 3541 abonent, qeyri-əhali sektoru üzrə 108 abonent qeydiyyatdadır ki, bunlardan 2017-cı ilin 9 ayı ərzində 2 qeyri-əhali abonenti və 5 əhali abonenti yeni qazlaşdırılaraq qeydiyyata alınmışdır.
Xızı Xidmət Sahəsi üzrə 18 sərfölçmə qovşağından 9 milyon 427 min 173 m3 təbii qaz qəbul olunmuş, bundan 9 milyon 412 min 346 m3 qaz abonentlər tərəfindən istehlak edilmiş, 6 min 254 m3 daxili təlabat üçün istifadə olunmuş və 8 min 573 m3 qaz itkisi (faizlə -0,1%) olmuşdur.
Hesabat dövrü ərzində dəyəri 357 min 432 manat olan 3 milyon 84 min 816 m3 təbii qaz əhali abonentlərinə, dəyəri 1 milyon 265 min 319 manat olan 6 milyon 327 min 530 m3 həcmində təbii qaz isə qeyri-əhali abonentlərinə satılmışdır. Ümumi satılan təbii qazın dəyərinə görə 1 milyon 608 min 725 manat ödəniş olunmuş (faizlə 99,0%) o cümlədən, əhali sektoruna satılan qazın dəyərindən 403 min 611 manat (faizlə 113%) ödənilmişdir. 9 ay ərzində orta yığım faizi 129,6 olmuşdur.
Xızı Xidmət Sahəsi üzrə təbii qazdan istifadə edən bütün abonentlər 100,0% sayğaclaşdırılmışdir. Müəyyən vaxtlarda quraşdırılmış və dövrü istismar müddəti bitmiş 83 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş və bundan istifadə olunan təbii qazın dəyərinin ödənişi və debitor borcun yığılmasının daha da yaxşılaşdırılması məqsədilə 18 ədədi smart kart tipli sayğacla əvəz olunmuşdur.
Qarşıdan gələn payız-qış mövsümündə abonentlərin təbii qazdan fasiləsiz və normal təzyiqdə istifadə etmələri istiqamətində təxirə salınmaz tədbirlər davam etdirilir.
Xızı Sukanal İdarəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral və məhəllədaxili su xətlərində cari təmir işləri aparılmış, müxtəlif tutumlu 15 su anbarı yuylaraq dezinfeksiya edilmiş, 2 dədəd mühərrik yenisi ilə əvəz edilmiş, 8 ədəd d-100 mm diametrli, 6 ədəd d-80 mm diametrli siyirtmə yenisi ilə əvəz olunmuş, 14 ədəd siyirtmə təmir olunmuşdur.
Hesabat dövrü ərzində 558 min 970 m3 ümumi su satışı olmuş, 279 min 203 manat, yəni 84,7% ödəniş edilmişdir.
Ondan:
Qeyri əhali abonentləri üzrə satış: 286 min 043 m3, ödəniş 279 min 203 manat, yəni 97,6 %
Əhali abonentləri üzrə satış: 272 min 927 m3, ödəniş 32 754 manat, yəni 40%
Xızı TKQ trəfindən 2017-cı ilin 9 ayı ərzində zədələnmələr haqqında daxil olan məlumatlar vaxtında araşdırılaraq problemlər aradan qaldırılmış, yararsız vəziyyətdə olan abunəçi xətləri yenisi ilə əvəz edilmişdir. Xızı şəhərində 20, Giləzi qəsəbəsində 15, Altıağac qəsəbəsində 24, Şuraabad qəsəbəsində 16, Yeni Yaşma kəndində 16, Baxşılı kəndində 10, Sitalçay kəndində 11 ədəd dirək dəyişdirilərək yenisi ilə əvəz olunuş, şəhər, qəsəbə və kənddaxili kabellər 3500 metr məsafədə blokla dartılmış, Giləzi EATS-nin, Fındığan EATS-nin krosu yenisi ilə əvəz olunmuşdur. TKQ-nin xidmət ərazisində yerləşən Hərbi şəhərçik adlanan ərazidə yeni DSLAM avadanlığı quraşdırılaraq 60-dan çox abunəçiyə genişzolaqlı internet xidməti verilmişdir. Xızı EATS-dən Altıağac EATS-inə gedən FO-12 xəttinin Altıağac qəsəbə ərazisindən keçən sürüşmə zonasına düşən 650 metr hissəsi sürüşmə ərazisindən təhlükəsiz yerə köçürülmüşdür.
1№-li Yol İstismarı MMC tərəfindən 2017-ci ilin 9 ayı ərzində 30160 p/m küvetlərin təmizlənməsi, 11890m2 asfalt beton örtüklə çala təmiri, su ötürücü boruların giriş-çıxışlarının təmizlənməsi, sürüşmələr nəticəsində yola tökülmüş qruntların əl ilə təmizlənməsi, yol çiyinlərinin avtoqreyder vasitəsi ilə hamarlanması işləri həyata keçirilmişdir.
6 saylı Yaşıllaşdırma idarəsi tərəfindən 2017-ci ilin hesabat dövrü ərzində 141 ha sahədə 58 min 290 ədəd müxtəlif cinslərdən ibarət ağaclar əkilmiş, 3791 ha sahəyə mexaniki və əl ilə qulluq edilmiş, 8814 ha sahə damcı üsulu ilə suvarılmış, 200 km yanğına qarşı mühafizə zolaqları çəkilmişdir.
Altıağac Milli Parkı tərəfindən 2017-cı ilin 9 ayı ərzində Parkın ərazisində yol verilmiş qanun pozuntularına görə 6550,00 manat cərimə tətbiq edərək həmin məbləğin Altıağac Milli Parkının büdcədən kənar xüsusi fonduna ödətdirilməsi təmin edilmişdir.
Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası 9 ay ərzində 2 baş qartal, 1 baş qızıl qaz, 1 baş ceyran, 2 baş dağ keçisi, 1 baş dələ, 3 ədəd şahin, 1 ədəd qırqovul, 1 ədəd qırğı və 4 baş qonur ayını müalicə `edərək yenidən təbiətə qaytarmışdır. Hal-hazırda klinikada 2 baş ayı, 2 baş şahin, 1 baş qırqovul müalicə olunur.
Hesabat dövrü ərzində Altıağac Milli Parkında 363 nəfər xarici və yerli turistlər qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan kənd təsərrüfatının inkişafının və ərzaq təhlükəsizliyinin prioritet olaraq saxlanılması, kənd təsərrüfatı məhsullarının ixracının daha da sürətləndirilməsi vəzifələrinin icrası ilə əlaqədar iqtisadiyyatının əsasını kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq təşkil edən rayonumuzda 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 868,5 hektar artaraq 1530 hektar, arpa əkininin sahəsi 98,5 hektar artaraq 1141 hektar, yonca əkininin sahəsi isə 164 hektar artaraq 300 hektar təşkil etmişdir. 1530 ha buğda sahəsindən 3053 ton, 1141 ha arpa sahəsindən isə 2324 ton arpa tədarük edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 1780 ton və 730 ton çoxdur. 2017-ci il üçün buğdanın məhsuldarlığı 19,9 sentner, arpanın məhsuldarlığı isə 20 sentner təşkil etmişdir.
Əkilmiş 132 ha qarğıdalı sahəsindən 264 ton, 28 ha kartof sahəsindən 280 ton, 86 ha tərəvəz sahəsindən 1232 ton, 79 ha bostan bitkiləri əkilmiş sahələrdən 1106 ton, 1 ha günəbaxan sahəsindən 3 ton, 16 ha noxud sahəsindən 31 ton məhsul yığılmışdır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə noxud əkini sahəsi 16 ha çox olmuşdur. Qarğıdalı əkininin sahəsi 6 ha azalaraq 132 ha olmuş, kartof əkini 21 ha azalaraq 28 hektara, tərəvəz əkini 30 ha azalaraq 86 hektara, bostan sahəsi 33 ha azalaraq 79 hektara, günəbaxan əkini sahəsi 9 ha azalaraq 1 hektara düşmüşdür.
Rayonda 01.10.2017-cı il tarixə 9328 baş iribuynuzlu, 70983 baş xırdabuynuzlu heyvan, 141 baş donuz vardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 546 baş, xırdabuynuzlu heyvanların sayı 22059 baş, donuzların sayı isə 57 baş azalmışdır. Quşların sayı isə 1 milyon 343 min 205 baş artaraq 3 milyon 12 min 382 başa çatmışdır.
Hesabat dövrü ərzində 670,1 ton inək əti (diri çəkidə), 221,3 ton qoyun və keçi əti, 84,4 ton quş əti olmaqla ümumilikdə (diri çəkidə) 975,8 ton ət istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 401,6 ton az təşkil edir. Süd istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz azalaraq 8933,2 tondan 7068,6 tona, yumurta istehsalı 4,9 faiz azalaraq 1milyon 952 min ədəddən 1 milyon 857 min ədədə, yun istehsalı isə 13,8 faiz azalaraq 146,7 tondan 126,5 tona düşmüşdür.
Hesabat dövründə 402 nəfər məhsul istehsalçısına 1624,02 ha əkin sahəsinə görə 110 min 17 manat subsidiya ödənilmişdir.
2017-cı ilin 9 ayı ərzində rayonda cəmi 296 baş iri buynuzlu mal-qara süni yolla mayalandırılmış, onlardan 53 baş buzov doğulmuşdur. 2017-ci ilin 9 ayı ərzində yeni doğulmuş 40 baş buzova görə heyvan sahiblərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli 401 nömrəli Qərarı ilə təsdiq edilmiş “Süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq 4000 manat vəsait verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50% güzəştlə lizinq yolu ilə heyvandırlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na uyğun olaraq Şuraabad qəsəbə sakini Nağızadə Dilavər Elşən oğluna lizinq yolu ilə 3 (üç) baş Holştin-friz cinsli damazlıq düyə alınması üçün rəy verilmiş və həmin heyvanlar sahibkar tərəfindən alınmışdır.
2016-2017-ci dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq Gənclər İdman məktəbi, 1 Uşaq Gənclər Şahmat məktəbi, 1 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 2284 şagird təhsil almışdır ki, onların təlim-tərbiyəsi ilə 249 müəllim məşğul olmuşdur.
2017-ci ilin hesabat dövrünədək rayonun ümumtəhsil müəssisələri üçün müxtəlif məktəb inventarları, mebel və digər avadanlıqlar alınaraq paylanmış, dərs ili ərzində məktəblərdə olan İKT avadanlıqlarının sayı 189 dəstə çatdırılmışdır.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Xızı məktəbliləri də qoşulublar. Mart ayının 23-də rayon üzrə ümumtəhsil məktəblərinin IX-XI siniflərindən təhsildə xüsusi ilə fərqlənən 40 nəfər şagird Lənkəran-Masallı-Astara marşurutu üzrə yola düşmüşlər. Layihənin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasıdır ki, tur-aksiya məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
IX siniflərdə buraxılış imtahanlarının yeni qaydada keçirilməsi ilə əlaqədar Təhsil şöbəsi 07 yanvar 2017-ci il tarixində məktəb rəhbərlərinin, 14 yanvar 2017-ci il tarixində isə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin iştirakı ilə seminar-müşavirə keçirmiş, imtahanların 2 mərhələdə aparılması qaydaları müzakirə edilmişdir. IX siniflərdə buraxılış imtahanlarının I mərhələsi 05 mart 2017-ci il tarixində Giləzi qəsəbə tam orta məktəbində mərkəzləşmiş qaydada təşkil edilmişdir.
Rayon üzrə buraxılış imtahanları 23 iyun 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşmiş qaydada Giləzi qəsəbə tam orta məktəbində keçirilmişdir. Buraxılış imtahanları “Əsasnamə”yə uyğun aparılmış, heç bir qanun pozuntusuna yol verilməmişdir. İmtahanların keçirilməsi ilə əlaqədar bütün təşkilati işlər vaxtında və keyfiyyətlə icra olunmuşdur. İmtahanlar IX siniflərdə Azərbaycan dili və riyaziyyat, XI siniflərdə isə Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən yazılı test üsulu ilə keçirilmişdir. İmtahana buraxılan 93 nəfər XI sinif şagirdindən 93 nəfəri, 139 nəfər IX sinif şagirdindən isə 139 nəfəri imtahanlarda iştirak etmişlər.
Təhsil Nazirliyinin yekun attestasiyasının nəticəsinə görə XI sinfi bitirən 93 şagirdə attestat, IX sinfi bitirən 139 şagirdə isə ümumi orta təhsil haqqında şəhadətnamələrin verilməsi qərara alınmışdır.
2017-ci ilin iyun ayında Təhsil şurasının növbəti iclasında 2016-2017-ci dərs ilinin yekunları təhlil edilmişdir. Yekun nəticəyə görə rayonun ümumtəhsil məktəbləri üzrə təhsildə keyfiyyət göstərici 64,7 % olmuşdur.
Respublikanın müxtəlif ali və orta-ixtisas məktəblərinə sənəd vermiş məzunlardan 31 nəfəri ali məktəblərə, 10 nəfəri isə orta-ixtisas təhsili müəssisələrinə qəbul olmuşlar. IX sinif bazasından isə orta-ixtisas məktəblərinə sənəd verən şagirdlərdən 12 nəfəri müxtəlif orta-ixtisas məktəblərinə qəbul olmuşlar.
2017-2018-ci dərs ilində Xızı rayon Təhsil şöbəsi 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq-Gənclər İdman-Şahmat məktəbi, Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə fəaliyyətə başlamışdır. Yeni dərs ilində rayonun Xızı şəhər, Giləzi, Şuraabad, Altıağac qəsəbə, Yeni Yaşma, Sitalçay kənd, Sitalçay 1 saylı tam və Tıxlı kənd ümumi orta məktəblərində 155 nəfər şagird üçün 9 sinif komplekti olmaqla 2012-ci ildə anadan olmuş uşaqlar üçün məktəbəhazırlıq qrupları yaradılmış, bu uşaqlara dərs deyəcək müəllimlər öyrədici kurslara cəlb edilmişdir.
15 sentyabr 2017-ci il tarixdə “Bilik günü” rayonun bütün ümumtəhsil məktəblərində qeyd edilmişdir.
2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar Təhsil şöbəsində “Fəaliyyət planı” hazırlanmış, nəzərdə tutulan təşkilati-pedaqoji tədbirlərin icrasına başlanılmışdır.
Rayonun ümumtəhsil məktəblərində yeni dərs ilinin ilk məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuşdur.
Xızı rayon əhalisinə tibbi xidmət 12 tibb müəssisəsi (Xızı RMX-sı, 6 həkim məntəqəsi və 5 tibbi məntəqəsi) tərəfindən göstərilir. Rayon üzrə Qarabulaq və Xələnc kəndlərində tibb məntəqəsi yoxdur. Fındığan, Sitalçay və Şuraabad həkim məntəqələrində isə həkim çatışmazlığı var. Həkimlərin sayı 28, orta tibb işcilərinin sayı 59 nəfər olmaqla rayon üzrə tibb işçilərinin ümumi sayı 87 nəfər, 12-i həkim, 16-ı orta tibb işçisi olmaqla vakansiyaların sayı 28 yer təşkil edir.
2017-ci ilin 9 ayı ərzində stasionar müalicə alanların sayı 271 nəfər, xəstələr tərəfindən keçirilmiş çarpayı günlərinin sayı isə 2545 olmuşdur. Stasionar müalicə zamanı xəstələr Səhiyyə Nazirliyinin təsdiq etdiyi 165 adda dərman preparatları və sarğı materialları ilə pulsuz təmin edilmişlər.
Hesabat dövrü ərzində 4-ü təxirəsalınmaz, 21-i isə planlı olmaqla rayon Mərkəzi Xəstəxanasında 25 cərrahiyyə əməliyyatı aparılmışdır.
Cənab Prezidentin tapşırığına əsasən rayon üzrə müəssisələrdə, təşkilatlarda və yaşayış məntəqələrində əhalinin tibbi profilaktik müayinələri həyata keçirilmişdir ki, 2017-ci il fevral ayının 15-dən may ayının 15-dək 9267 nəfər sakin profilaktik baxışdan keçirilmişdir. Profilaktik baxış zamanı sağlam hesab edilənlərin sayı 8251 nəfər, aşkar olunan xəstələrdən ambulator müalicəyə cəlb olunanların sayı 989 nəfər olmuşdur. Stasionar müalicəyə göndərilənlərin sayı 20, ixtisaslaşdırılmış xəstəxanalara və Elmi Tədqiqat institutlarına göndərilənlərin sayı 7, dispanser nəzarətinə götürülənlərin sayı isə 11 nəfər olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq 22 sentyabr 2017-ci il tarixdə Xızı rayon Mərkəzi Xəstəxanasında Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qanvermə aksiyası keçirilmişdir.Aksiyada 119 nəfər qan vermişdir.
Rayon üzrə yeni qeydiyyata alınmış şəkərli diabet xəstələrinin sayı 17, qeydiyyatdan çıxanların sayı 7 nəfər olmaqla şəkərli diabet xəstələrinin ümumi sayı 193 nəfər (İnsulundən asılı xəstələrin sayı 6 nəfər (onlardan uşaqlar 1 nəfər), ilk dəfə qeydiyyata alınanların sayı 18 nəfər, ölənlərin sayı 1 nəfər olmaqla vərəmli xəstələrin ümumi sayı 96 nəfər, 1 nəfər yeni qeydiyyata alınmaqla xroniki böyrək çatışmazlığı (XBÇ) xəstəliyi ilə qeydiyyatda olanların ümumi sayı 7 nəfər (1 nəfəri uşaq), dializ alan xəstələrin sayı 3 nəfər, yeni qeydiyyata alınanların sayı 9 nəfər, qeydiyyatdan çıxanların sayı 8 nəfər olmaqla onkoloji xəstələrin ümumi sayı 39 nəfər, 3 nəfəri uşaq olmaqla talassemiyalı xəstələrin ümumi sayı 10 nəfər, 78 nəfəri narkoloji, 11 nəfəri xroniki alkoqolizmlə qeydiyyatda olmaqla narkoloji xəstələrin ümumi sayı 89 nəfər, ilkin qeydiyyata götürülənlərin sayı 3 nəfər olmaqla ruhi-əsəb xəstələrinin ümumi sayı 111 nəfər təşkil edir.
Rayon Mərkəzi Xəstəxanası üzrə 123 doğuş olmuşdur ki, onlardan 6-sı qeysəriyyə əməliyyatı vasitəsilə həyata keçirilmişdir. Hal-hazırda qeydiyyatda olan hamilələrin sayı 71 nəfər təşkil edir.
Rayonda uşaqların icbari dispanserizasiyası planlı şəkildə aparılır. Belə ki, 2017-ci ilin 9 ayı ərzində cəmi baxılan uşaqların sayı 1817 nəfər, onlardan aşkar olunan xəstələrin sayı 170 nəfər, dispanser nəzarətinə götürülənlərin sayı isə 15 nəfər olmuşdur.
Hesabat dövrü ərzində Xızı Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “İnzibati xətalar üzrə komissiya” tərəfindən 4 (dörd) inzibati xəta haqqında işə baxılmış və çıxarılmış inzibati qərarlara əsasən inzibati xəta törədən şəxslər cəmi 540 (beş yüz qırx) manat məbləğində cərimə olunmuşdur.
9 ay ərzində “Qəyyumluq və himayəçilik komissiyası”na 6 müraciət daxil olmuşdur ki, həmin müraciətlərə əsasən 1 nəfər azyaşlının mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərində notariat hərəkətlərin aparılmasına razılıq verilmiş, 2 nəfər uşagın adının və soyadının dəyişdirilməsi müraciətinin 1-nə icazə verilmiş, digəri ərizəçinin yenidən müracətinə əsasən baxılmamış saxlanılmış, 2 nəfərin nigah yaşının azaldılmasına icazə verilmiş, 1 nəfər azyaşlının ölkə hüdudlarından kənara sərbəst gediş-gəlişinə mənfi rəy verilmişdir.
2017-ci ilin 9 ayı ərzində rayon ərazisində 5-i oğurluq, 9-u narkotik vasitələrinin qanunsuz saxlanılması, 3-ü bədənə az ağır xəsarət yetirmə, 1-i bədənə ağır xəsarət yetirmə, 5-i yol nəqliyyat hadisəsi, 1-i intihar hadisəsi, 1-i qanunsuz silah-sursat saxlama hadisəsi olmaqla Xızı Rayon Polis şöbəsi tərəfindən ümumilikdə 23 cinayət hadisəsi qeydə alınmış və bütün cinayət hadisələrinin açılması təmin edilmişdir. Hesabat dövrü ərzində azyaşlılar tərəfindən cinayət hadisəsi törədilməmişdir. 1 nəfərin təqsirləndirilən şəxs qismində axtarışı davam etdirilir. İki nəfər isə itkin düşmüş kimi axtarışdadır ki, onların tapılmaları təmin olunmayıb.
2017-cı ilin 9 ayı ərzində Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 211 vətəndaş müraciəti daxil olmuşdur ki, bundan 180-i ərizə, 29-u şikayət, 2-i isə təklifdir. Daxil olan müraciətlərdən 71-i, o cümlədən nəzarətlə 5-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 8-i Azərbaycan Respublikasının Milli Məclisindən, 5-i Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, 13-ü Respublikanın digər təşkilatlarından daxil olan, 114-ü isə bilavasitə Xızı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin ümumi sayı 35 vahid (12,8%), şikayətlərin sayı 1 vahid (3,6%), ARPA-dan daxil olan müraciətlərin sayı 26 vahid (57,7%), Milli Məclisdən daxil olan müraciətlərin sayı 3 vahid (60%) artmış, digər respublika təşkilatlarından daxil olan müraciətlərin sayı 3 vahid (18,7%), bilavasitə Xızı RİH başçısına ünvanlanan müraciətlərin sayı 2 vahid (1,7%) azalmış, Nazirlər Kabinetindən daxil olan müraciətlərin sayı isə eyni (5) olmuşdur.
Ümumilikdə daxil olan 211 müraciətdən 68-i həll edilmiş, 1-i qismən təmin edilmiş, 20-i əsassız hesab olunmuş,105-i barədə müvafiq izahat verilmiş, 2-i baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilmiş, 15-i isə baxılmamış saxlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən və Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan vətəndaş müraciətlərinə xüsusi nəzarətlə baxılmış, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlanıldıqda (Yuxarı təşkilatlara) dövlət hakimiyyəti orqanına məlumat verilməsi təmin olunmuşdur. Daxil olan hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və formada baxılaraq müraciət sahiblərinə rəsmi cavablar verilmişdir.
Hesabat dövrü ərzində 68 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 32 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 1400 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 44 nəfər olmuşdur.
2017-ci ilin 9 ayı ərzində Xızı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına bir sahibkar tərəfindən 2 şikayət ərizəsi daxil olmuşdur ki, şikayət ərizələrində qaldırılan məsələ ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.2-ci maddəsinə əsasən şikayət ərizəsi baxılmamış saxlanılmışdır. Ötən ilin müvafiq dövründə də Apellyasiya Şurasına ümumilikdə 2 şikayət ərizəsi daxil olmuşdur.
Hörmətli toplantı iştirakçıları,
Yekun nitqində cənab Prezident qeyri-neft ixracımızla bağlı bu ilin səkkiz ayının göstəricilərini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıraraq qeyd etdi:
Tərəvəz istehsalı 68 faiz, o cümlədən qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olan pomidor ixracı 60 faiz artaraq ölkəyə 128 milyon dollar gətirib. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq 2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz, şokolad 65 faiz.
Sənaye məhsulları-qızıl 56 faiz, elektrik enerjisi 4,1 dəfə, alüminium 28 faiz, kimya sənayesi məhsulları 25 faiz, plastiklər 14 faiz, mis-filiz konsentratları 94 faiz, avadanlıqlar, mexaniki qurğular 48 faiz, mis və ondan hazırlanan məmulatlar 54 faiz, toxuculuq məmulatları 92 faiz. Elektrik avadanlıqları və hissələri 75 faiz, daş, gips, sement 34 dəfə.
Bu rəqəmlər qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimizin uğurla icra edildiyini göstərir.
Ölkəmizin ictimai-siyasi vəziyyətinin və iqtisadi göstəricilərinin hər bir ölkə üçün nümunə ola biləcəyini, xalq-iqtidar birliyinin həmişə olduğu kimi möhkəm olduğunu bir daha diqqətə çatdıran dövlət başçımız çıxışının sonunda Perspektivləri açıqladı: Perspektivlər bunlardır - sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi. Bunlar yalnız əsas istiqamətlərdir.
Hörmətli toplantı iştirakçıları,
İcazə verin sonda rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.