Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının 14-cü il dönümü qeyd edilmişdir

12 dekabr 2017 | 16:00

     Azərbaycan dövlətinin memarı, qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından artıq 14 il keçib. Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.  Xalqımızın və dövlətimizin  tarixində özünə  əbədiyyət abidəsi ucaltmış, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Bu ömrün hər günü xalqa, millətə, dövlətə xidmət etmənin müqayisə edilməz  örnəyi olmuşdur.

   Bu gün respublikamızın hər yerində olduğu kimi Xızı rayonunda da Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 14-cü ildönümü qeyd edilmiş, Ulu öndərin əziz xatirəsi yad edilmişdir.

  Xızı şəhəri Heydər Əliyev parkında Ulu öndərin abidəsi önündə keçirilən tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov, İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ağsaqqalları, ziyalılar iştirak etmişlər. Ümummilli liderin abidəsi önünə tər çiçəklər düzülmüş, xatirəsinə sonsuz ehtiram nümayiş olunmuşdur. Anım mərasimdən sonra ehsan süfrəsi açılmışdır.

 

Keçidlər