Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı.

05 fevral 2018 | 16:00

Xızı Rayon İcra Hakimiyyətində 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir.

     Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayev də iştirak etmişdir.
     Tədbirdən öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayev ,Rayon  İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və digər rəsmi qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
     Hesabat yığıncağını giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov son bir ildə cənab prezidentin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən işlərdə əldə olunan uğurlardan danışdı. Daha  sonra Xəzər Aslanov 2017-ci ildə Xızı rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Bundan sonra çıxış edən Xızı Rayon Prokuroru Məmmədov İlham, Xızı Rayon  Maliyyə şöbəsinin müdiri Almasov Dünyamalı, Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinin müdiri Əliyev Xozeyin, rayon Mərkəzi xəstəxanasının baş həkimi Nəbiyev Bəhdaş, rayon Təhsil şöbəsinin müdiri Abdullayev Oqtay əldə olunan uğurlar və bəzi problemlərdən danışdılar. Daha sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Dəyanət Abdullayevə verildi. Dəyanət Abdullayev ölkə başçısı cənab İlham Əliyevin Xızı rayonuna hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi olaraq qeyd edərək, ölkədə həyata keçirilən düşünülmüş siyasət nəticəsində əldə olunan uğurlardan danışdı və bunun ən böyük nümunəsinin Xızı  rayonunda son aylarda  həyata keçirilən işlərin nəticəsində hər birimizin daha açıq gördüyünü vurğruladı.
     Sonda  Xızı Rayon İcra  Hakimiyyətinin Başçısı Xəzər Aslanov qeyd etdi ki , biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.

 

 

 

Keçidlər