Xızı rayonunda "Xocalı soyqırımı"nın 26-cı ildönümü qeyd edilmişdir.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi, öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir.
Xocalı faciəsinin 26-cı ildönümü Xızı rayonunda da qeyd edilib.Bununla əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov başda olmaqla İcra Hakimiyyətinin kollektivi, hüqüq-mühafizə orqanları, idarə müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmişdir. Yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.