“8 Noyabr - Qürur və Zəfər tariximiz” adlı musiqili tədbir keçirilib.
07 noyabr 2026 | 16:34
7 Noyabr tarixində "8 Noyabr- Zəfər Günü” nün 6-cı ildönümünün qeyd edilməsi münasibətilə Xızı Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Xızı rayonunda “8 Noyabr - Qürur və Zəfər tariximiz” adlı musiqili tədbir keçirilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, şəhid ailələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi ilə başlayan tədbirdə vətənimizin ərazi bütövlüyü və suverenliyin bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Bayram tədbirində şəhid anaları adından şəhid Cəfərov Elməddin Hümbət oğlunun anası Cəfərova Zəhra çıxış edərək Vətən uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsinin daim qəlblərdə yaşayacağın vurğulayıb. Şəhidlərimizin göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd edub, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib.
Tədbir zamanı 44 günlük vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqdan bəhs edən “Qələbəyə gedən yol” adlı kitab şəhid ailələrinə təqdim edilib.
Bayram tədbiri vətənpərvərlik ruhunda yazılmış mahnılarla davam etdirilib.






