Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü ərəfəsində rayon ərazisində ağacəkmə aksiyası təşkil olunub.

06 noyabr 2026 | 10:32

     6 noyabr 2026-ci il tarixdə Xızı şəhərinin giriş hissəsində “8 Noyabr-Zəfər Günü”nün ilə bağlı Tədbirlər Planı  çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir.

     Aksiyanın keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, ətraf mühitin mühafizəsi və yaşıllıq sahələrinin genişləndirilməsidir. Zəfər Gününə həsr olunmuş belə aksiyalar həm tarixi Qələbəmizin mənəvi dəyərini yaşatmaq, həm də gələcək nəsillərə daha sağlam və yaşıl ətraf mühit bəxş etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Aksiya çərçivəsində ərazidə 400 ədəd müxtəlif növ ağac tingləri əkilib, yeni əkilmiş tinglərə, mövcud yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilmiş  və suvarılmışdır.

Keçidlər