Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü ərəfəsində şəhidlərimizin məzarları ziyarət olunub.

08 noyabr 2026 | 13:00
8 Noyabr – Zəfər Günü ərəfəsində Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri şəhidlərimizin məzarlarını ziyarət edib. Ziyarət zamanı şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və onların əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik, həmrəylik, ordumuzun gücü və əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı tariximizə qızıl hərflərlə yazılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın milli qürur mənbəyinə çevrilib.
Şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıq heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Bu gün hər bir azərbaycanlı şəhidlərimizin bizə miras qoyduğu müqəddəs dəyərləri qorumağı özünün mənəvi borcu hesab edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa, ailələrinə səbir diləyirik.
Keçidlər