Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü ilə əlaqədar şəhid ailələri ziyarət edilmişdir

07 noyabr 2023 | 16:56

Rayon rəhbərliyi torpaqrarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq ziyarət edir, onlara mənəvi dəstək olur.

 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin ailələrini ziyarət etmişdir. Şəhid ailələrini narahat edən məsələlər öyrənilmiş, onların aradan qaldırılması nəzarətə götürmüşdür.

Görüş zamanı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Vətən müharibəsində Qələbənin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı, şəhidlərin qanı, canı bahasına əldə edildiyi vurğulanıb, şəhid ailələrinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğu bildirilib.

Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər