8 Noyabr- Zəfər Günü” nün 5-ci ildönümünün qeyd edilməsi münasibəti ilə “Zəfərin Sədası” adlı musiqili rayon tədbiri keçirildi.
Noyabr ayının 7-də “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr- Zəfər Günü” nün 5-ci ildönümünün qeyd edilməsi münasibəti ilə Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə numayəndəliyinin və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbin iştirakı ilə Xızı rayonunda “Zəfərin Sədası” adlı musiqili rayon tədbiri keçirildi. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, YAP Xızı rayon təşkilatıın, rayon hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Bayram tədbirində vətənpərvərlik ruhunda yazılmış mahnılar səsləndirilmiş, məktəblilərin ifasında şeir və musiqi dinlənilmişdir.






