8 Noyabr-Zəfər Günü şəhidlərimizin əziz xatirəsi yad edildi.
8 Noyabr-Zəfər Günü Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Xızı şəhərinin mərkəzindən Şəhidlər abidə kompleksinin qarşısınadək yürüş keçirilmiş, yürüş iştirakçıları abidənin önünə tər çiçəklər düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.
Bayram günündə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək qeyd etmişdir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi daim yaddaşlarda qalacaq. Sitat: "Məhz onların göstərdiyi şücaət nəticəsində torpaqlarımız bu gün işğaldan azad olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində böyük qələbə qazandı. Şəhidlərimizin qanı yerdə qalmadı.