8 Noyabr - Zəfər Günündə şəhidlərin əziz xatirəsi yad edilib.
8 Noyabr – Zəfər Günü münasibətilə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə yürüş təşkil olunub.
Yürüş iştirakçıları Xızı şəhərinin mərkəzindən Şəhidlər Xiyabanı Abidə Kompleksinədək yürüş edərək abidə önünə tər çiçəklər düzüb, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Zəfər Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu şanlı Qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində əldə edildiyini qeyd edib. O, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim uca tutulacağını, onların qəhrəmanlığının gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib.
Çıxış edən şəhid anası şəhidlik zirvəsinin müqəddəsliyindən söz açaraq şəhidlərimizin xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını ifadə edib.
Tədbir iştirakçıları bir daha şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onların qəhrəmanlığının xalqımızın yaddaşında əbədi yaşayacağını vurğulayıblar.






