Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş “Xəmsə” formatında milli intellektual oyunu keçirilib.

29 oktyabr 2025 | 15:40

29 oktyabr 2025- ci il tarixində Giləzi qəsəbə tam orta məktəbində Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş “Xəmsə” formatında milli intellektual oyunu keçirilib.

Gərgin mübarizə şəraitində keçən intellektual oyunda "Zəfər" komandası l yerə, "Qartal" komandası ll yerə və "Şahinlər" komandası lll yerə layiq görülüb.

Sonda qalib komandalara diplomlar verilib

Keçidlər