2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı.
Bildiyiniz kimi 09 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı iclası giriş nitqi ilə açaraq birinci rübdə ölkəmizin uğurla hərtərəfli inkişaf etdiyini, gücləndiyini, qarşıda duran bütün vəzifələrin artıqlaması ilə yerinə yetirildiyini vurğulamış, bu müsbət dinamikanın daha da artacağını, 2018-ci ilin də ölkəmiz üçün uğurlu il olacağını qeyd etmişdir.
Cənab Prezident bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbirin keçirildiyini, bu tədbirlərin ölkəmizin beynəlxalq nüfuzunu artırdığını, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim etdiyini bildirərək, VI Bakı Qlobal Forumunu xüsusilə vurğulamış, Forumda 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçılarının iştirak etdiyini qeyd etmişdir.
Bu il ölkəmizdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının keçirildiyini bildirən Ölkə Başçısı bu önəmli beynəlxalq tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair önəmli qətnamə qəbul edildiyini, həmçinin konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim ədalətli mövqeyimizin bir daha təsdiqləndiyini ictimaiyyətin diqqətinə çatdırdı. Cənab Prezident həmçinin qeyd etdi ki, Bu beynəlxalq tədbirlər çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi, münaqişə ilə bağlı həqiqətlər, əzəli, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın işğalçı dövlət tərəfindən işğal edildiyi, bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, tarixi abidələrimizin, məscidlərimizin erməni vandalları tərəfindən dağıdıldığı dünya ictimaiyyətinə bir daha çatdırılır. Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində bizim beynəlxalq mövqelərimizin daha da möhkəmləndiyini qeyd edən Dövlət başçımız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi bazanın tam yaradıldığını diqqətə çatdırdı.
Siyasi yanaşmadan sonra hərbi amilin münaqişənin ədalətli həllində mühüm rol oynadığını diqqətə catdıran cənab Prezident bildirdi ki, ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu təmin edilir. Bununla paralel olaraq bizim demək olar ki, bütün regional addımlarımız, təşəbbüslərimiz həm ölkəmizin maraqlarının təmin edilməsinə, Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda, işğalçı dövlətin təcrid vəziyyətinə salınmasına hesablanıbdır. Bütün bu amillər artıq birləşib və öz səmərəsini verməkdədir.
Cənab Prezident 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağını vurğulayaraq, cari ilin birinci rübü ərzində maaşların və pensiyaların artırıldığını, 31 mini daimi olmaqla 34 min yeni iş yerinin yaradıldığını, əhalinin gəlirlərinin təxminən 10 faiz artdığını, inflyasiyanın isə cəmi 4 faiz olduğunu, iqtisadiyyatımızın 2,3 faiz, qeyri-neft sektorunun 3 faiz, sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin 10 faiz, kənd təsərrüfatının 4,2 faiz, ticarət dövriyyəmizin 31 faiz, qeyri-neft ixracının 37 faiz, ümumi ixracın 24 faiz artdığını, birinci rübdə valyuta ehtiyatlarımızın 2,2 milyard dollar səviyyəsində artaraq 44,2 milyard dollara çatdığını ictimaiyyətin diqqətinə çatdırdı və qeyd etdi ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən biz.
Hörmətli toplantı iştirakçıları,
01 aprel 2018-ci il vəziyyətinə Xızı rayonu əhalisinin sayı 16794 nəfər təşkil edir. Cari ilin birinci rübü ərzində Xızı rayonu üzrə 17 doğum, 17 ölüm, 3 nikah, 2 nikahın pozulması, faktı qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə doğulanların sayı 2 vahid (13,3%), ölənlərin sayı 3 vahid (21,42%), boşanmaların sayı 2 vahid (100%) artmış, nikahların sayı 1 vahid (25%), azalmışdır.
Rayonda İctimai-siyasi durum sabitdir. Rayonda yeganə partiya Yeni Azərbaycan Partiyası fəaliyyət göstərir. Hazırda YAP Xızı rayon təşkilatı 40 ərazi ilk partiya təşkilatı üzrə 1868 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onlardan 861 (46,09%) nəfərini qadınlar, 852 (45,61 %) nəfərini gənclər təşkil edir.
Rayon ərazisində digər partiyaların dayaq nöqtələri mövcud deyildir. Rayonda 5 qeyri hökumət təşkilatı, 9 ictimai təşkilat, 10 məscid (7-i fəaliyyət göstərir) və 10 pir vardır. Xızı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xızı” qəzeti nəşr olunur. Rayon ərazisində 71 ailə, 261 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rüb ərzində rayon ərazisində mövcud müəssisə və təşkilatlarda 17, fiziki şəxslərdə 24 olmaqla 41 daimi, digər tədbirlər üzrə isə 106 müvəqqəti iş yeri yaradılmışdır.
2018-ci ilin birinci rübü ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 22 milyon 319 min 200 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 405 min 800 manat (6,7 %) çoxdur. O cümlədən, kənd təsərrüfatı məhsulunun həcmi 1 milyon 583 min 900 manat, yəni 9,7 % artaraq 17 milyon 842 min 300 manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 4 min 500 manat, yəni 0,2 % artaraq 2 milyon 195 min manat, sənaye məhsulunun həcmi 206 min 500 manat, yəni 10 % artaraq 2 milyon 269 min 400 manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 150 min 300 manat, yəni 74,2% artaraq 352 min 800 manat olmuş, nəqliyat sektorunda əldə olunan gəlirlər 900 manat, yəni 1,0 % azalaraq 163 min 200 manat, informasiya və rabitə xidmətlərinin həcmi 4 min 800 manat, yəni 13,7% azlaraq 30 min 200 manat olmuşdur. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 60 min 800 manat artaraq 19 milyon 736 min 200 manat təşkil etmişdir.
2018-ci ilin I rübü ərzində rayon büdcəsinin mədaxil proqnozu ümumilikdə 395 min 257 manata qarşı faktiki 424 min 838 manat yerinə yetirilmişdir. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan illik yerli gəlir nəzərdə tutulmuş xərclərin yalnız 71,9 faizini təşkil edir. Ümumilikdə büdcənin məxaric hissəsi 543 min 235 manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 375 min 400 manat icra olunmuşdur. Büdcə məxaricinin təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Büdcə məxaricinin əhəmiyyətli hissəsini sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi təşkil edir. Bu tədbirlərin maliyyələşdirilməsinə 188 min 345 manat vəsait sərf olunmuşdur ki, bu da bu tədbirlər üçün nəzərdə tutulmuş xərclərin 80,4 %-ni təşkil edir. Təhsil xərclərinə 37 min 270 manat, səhiyyə xərclərinə 147 min 845 manat vəsait sərf olunmuşdur ki, bu xərclərin əsas hissəsini əmək haqqı və ona bərabər tutulan xərclər təşkil edir. Rüb ərzində ümumi xərclənən vəsaitin 67,3 faizini əmək haqqı və ona bərabər tutulan xərclər təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 1 layihə üzrə cəmi 51 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 2 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.
Rayonun kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq əsas yer tutur. 2018-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 1390 hektar, arpa əkininin sahəsi 1301 hektar, yonca əkininin sahəsi isə 151 hektar olmuşdur.
Rayonda 01 aprel 2018-ci il tarixinə 10 min 10 baş iribuynuzlu (o cümlədən inək və camışlar 4934 baş), 81 min 211 baş xırdabuynuzlu heyvan, 224 baş donuz olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 18 baş azalmış, xırdabuynuzlu heyvanların sayı 2914 baş, donuzların sayı isə 104 baş artmışdır. 2018-ci ilin 3 ayı ərzində rayonda cəmi 95 baş iri buynuzlu mal-qara süni yolla mayalandırılmış, 63 baş buzov doğulmuşdur.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50% güzəştlə lizinq yolu ilə heyvandırlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na əsasən 3 nəfər rayon sakininə ümumilikdə 15 baş damazlıq düyə alınması üçün rəy verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na uyğun olaraq 2018-ci ildə istehsalçılara əkin sahəsinin, o cümlədən təkrar əkinlərin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların alınması üçün tələb olunan müvafiq ərizə və blank formaları Xızı rayon Kənd Təsərrüfatı idarəsi tərəfindən götürülərək Xızı RİHB-nın kənd və qəsəbə İƏD- üzrə nümayəndəliklərinə paylanılmışdır.
Rayon Baytarlıq idarəsi tərəfindən qarayara xəstəliyi əleyhinə 9998 baş iri buynuzlu və 721 baş təkdırnaqlılarda peyvəndləmə işi aparılmışdır. İri buynuzlu heyvanlarda dabaq xəstəliyinin A,O,Asiya-1 tipinə qarşı 10044 baş vaksinasiya edilmişdir. Bundan başqa, nyukasl xəstəliyinə qarşı “H”ştammı ilə 39154 baş və “La-Sota” ştammı ilə 64248 baş quşlarda peyvəndləmə işləri görülmüşdür. İtlər arasında quduzluq xəstəliyinə 1658 başda profilaktiki peyvəndləmə aparılmışdır.
Bruselyoz xəstəliyini vaxtında aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 2543 baş iri buynuzlu heyvanlardan qan nümunələri alınaraq, rayon Baytarlıq diaqnostika kabinetində seroloji müayinə olunmuş və xəstəlik aşkar olunmamışdır.
Bundan başqa vərəm əleyhinə 2007 baş iri buynuzlu heyvan, manqo xəstəliyinə (mallenizasiya) görə isə 284 baş at allergik müayinəyə cəlb edilmişdir və nəticəsi mənfi olmuşdur.
Baytarlıq idarəsinin işçiləri heyvanların daxili yoluxmayan xəstəliklərinin qarşısını almaq üçün 61 baş iri buynuzlu və 59 baş xırda buynuzlu heyvanlarda ambulator müalicə tədbiq etmiş və onların əksəriyyətinin sağalmasına nail olmuşlar. Həmçinin, baytarlıq-sanitariya işlərinə xüsusi diqqət yetirilərək yoluxucu xəstəliklərə qarşı 3740 kv. metr tövlə, hin və digər sahələrdə profilaktiki dezinfeksiya işlərini görmüşlər.
Baytar həkimləri təsərrüfatlarda mal-qara və davarların inkişaf etməsi və məhsuldarlığın artırılması istiqamətində ardıcıl baytarlıq müalicə və profilaktika tədbirlər həyata keçirirlər. Epizootiya əleyhinə mübarizə və müalicə-profilaktika tədbirlərinin nəticəsində kütləvi təlafatlara səbəb olacaq xəstəliklərin qarşısı vaxtında alınmış, təsərrüfatlarda mal-qara və davarların inkişafı təmin edilmişdir.
Xızı Suvarma Sistemləri İdarəsi tərəfindən 2018-ci ilin I rübü ərzində sudan istifadə planında rayon üzrə suvarılan torpaq sahələri 5117 hektar nəzərdə tutulmuşdur. Ondan 2032 ha taxıl, 70 ha tərəvəz, 118 ha bostan, 1873 ha yem bitkiləri və təbii biçənək, 679 ha regional meşə zolağı, 80 ha həyətyanı sahə, 175 ha bağlar və 90 ha göllər təşkil edir.
Hesabat dövrü ərzində mənbədən 881 min m3 su götürülərək ayrıclardan təsərrüfata 735 min m3 su verilmişdir, 879 ha sahə (təkrar) suvarılmışdır. Əkin sahəsinin suvarılması üçün su satışının məbləği plan 368 manat olmaqla, I rüb ərzində 1160 manat yığılaraq 315% yerinə yetirilmişdir. Həmin sahələrin suvarılması üçün idarənin balansında 138,4 km suvarma kanalları-bundan 51 km açıq tipli kanal, 87,4 qapalı şəbəkə, 182 ədəd su ayrıcı qurğular, 3 nasos stansiyası, 10 ədəd körpü, 11,1 km kollektor və 85,4 km drenaj şəbəkəsi möcuddur. Yuxarıda adları çəkilən irriqasiya qurğularında 34 min m3 mexanizmlə lildən təmizləmə, 1,81 min m3 isə əl ilə lildən təmizləmə işləri aparılmış, Şuraabad asma lotok kanalında isə 0,23 km əsaslı təmir işləri aparılmışdır.
Şuraabad və Yeni Yaşma ərazilərində 3600 hektar sahəyə xidmət edən CB -XP-3 hidrotexniki qurğu ilə yanaşı təzyiqli boru kəmərləri və 1150 hektar sahədə qapalı drenaj şəbəkəsi və açıq tipli kollektor şəbəkəsi çəkilməsi davam etdirilir.
CB-QK-1 boru kəmərinin üzərində işlər davam etdirilir, CB-QK-2 boru kəmərində isə işlər başa çatdırılmışdır.
Xaçmaz RQİİ-in Xızı Xidmət Sahəsinin ərazisində qaz təchizatı sistemində qazdan istifadə qaydalarının pozulması, onları doğuran səbəblərin aradan qaldırılması və istehlakçılar tərəfindən mənzillərdə, digər obyektlərdə təbii qazdan düzgün istifadə edilməsi qaydalarının gücləndirilməsi və rayon ərazisində təbii qaz təchizatının fasiləsiz verilməsi üçün 2018-ci ilin I rübü ərzində aşağıdakı işlər görülmüşdür.
Xızı şəhərində 89 mm olan 30 pm yeraltı keçid yerüstü keçidlə əvəz olunmuş, müxtəlif diametrli 234 pm, Yeni Yaşma kəndi ərazisində 80 pm, Giləzi qəsəbəsində 276 pm, Sitalçay kəndi ərazisində 60 pm dayaqlar üzərindən düşmüş qaz xətti yenidən dayaqlar üzərində quraşdırılmışdır. Baxşılı, Xələnc, Fındığan kəndlərinə gedən diametri 159 mm olan daşıyıcı qaz xəttinin torpaq sürüşməsi nəticəsində sıradan çıxmış 220 pm hissəsi təmir olunmuşdur.
Əhali sektoru üzrə 3599 abonent, qeyri-əhali sektoru üzrə 112 abonent qeydiyyatdadır ki, bunlardan da hesabat dövrü ərzində 21 əhali və 1 qeyri-əhali abonenti yeni qazlaşdırılaraq qeydiyyata alınmışdır. Xızı Xidmət Sahəsi üzrə 18 sərfölçmə qovşağından 6 mln 094 min 074 m3 təbii qaz qəbul olunmuş, bundan 5 mln 868 min 462 m3 qaz istehlakçılara, 3834 m3 daxili təlabat üçün istifadə olunmuş və 221 min 777 m3 qaz itkisi (faizlə 3,6%) olmuşdur. İsehlak olunan 5 mln 868 min 462 m3 təbii qazın 2 mln 161 min 496 m3 əhali abonentlərinə və 3 mln 706 min 966 m3 isə qeyri-əhali abonentlərinə satılmışdır. Ümumi satılan təbii qazın dəyərinə görə 925 min 767 manat ödəniş olunmuş (faizlə 94,6%) o, cümlədən əhali sektoruna satılan qazın dəyərindən 239 min 795 manat (faizlə 101,2%) ödənilmişdir. Xızı Xidmət Sahəsi üzrə təbii qazdan istifadə edən bütün abonentlər 100% sayğaclaşdırılmışdir. Müəyyən vaxtlarda quraşdırılmış və dövrü istismar müddəti bitmiş 26 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.
Xızı Sukanal idarəsi tərəfindən Şuraabad qəsəbəsində yerləşən su nasosxanasında 1ədəd 22KVt 3000 d/d gücə malik mühərrik yenisi ilə əvəz olunmuş, qəsəbədə məhəllədaxili su şəbəkəsində təmir bərpa işləri aparılmış, Giləzi qəsəbəsində yerləşən su nasosları və mühərriklər il ərzində mütəmadi olaraq təmirə göndərilmiş, digərlərinə isə texniki xidmətlər göstərilmişdir. Dahardibi, Qars, Şəfa, Qız qalası, Yeddi bulaq, Sərəki su mənbələrində mütəmadi olaraq təmizlik işləri aparlmış, Xızı şəhərində və Altağac qəsəbəsində 800 ədəd su sayğacı quraşdırılmışdır ki, onlardan 270 ədədi aktivləşdirilmişdir.
Sitalçay kəndində magistral su xəttində istismara yararsız 30 p/m d-63 mm, kənd daxili su xəttlərində 6 p/m d-90 mm polietilen boru, Altağac qəsəbəsində məhəllədaxili su şəbəkəsində istismara yararsız 15p/m d-159 mm polad boru, Xızı şəhəri üzrə məhəllədaxili su şəbəkəsində ümumilikdə 60 p/m polad boru yenisi ilə əvəz olunmuş, idarənin balansında olan 7 ədəd 100 və 2 ədəd 8 m3-lik su anbarları yuyulub dezinfeksiya olunmuşdur. Xızı rayon üzrə qəsəbə və kəndlərdə ümumilikdə 3 ədəd d-100 mm, 4 ədəd d-80 mm siyirtmə yenisi ilə əvəz olunmuş, 3 ədəd siyirtmə təmir olunmuşdur.
Rüb ərzində rayon üzrə ümumi su satışı 118083 m3 və 104 min 275 manat ödəniş olmuşdur ki, buda 88,3 % təşkil edir. O cümlədən qeyri- əhali abonentləri üzrə su satışı 89290 m3, ödəniş 91 min 029 manat və 101,95%, əhali abonentləri üzrə isə satış 28793 m3, ödəniş 13 min 246 manat olmaqla 40 % təşkil edir.
Xızı TKQ üzrə 2018-ci ilin I rübü ərzində rabitə xətlərində zədələnmələr vaxtında araşdırılmış və aradan qaldırılmış, yararsız vəziyyətdə olan abunəçi xətləri 2750 metr məsafədə yenisi ilə əvəz olunmuş, 3 ədəd kabel kanalizasiya quyusu əsaslı təmir edilmişdir.
Xızı şəhərində 15, Giləzi qəsəbəsində 5, Altıağac qəsəbəsində 4, Şuraabad qəsəbəsində 3, Yeni Yaşma kəndində 2, Baxşılı kəndində 2, Sitalçay kəndində 4 ədəd dirək dəyişdirilərək yenisi ilə əvəz olunuşdur.
Şəhər, qəsəbə və kənddaxili kabellər 3700 metr məsafədə blokla dartılmış, Şuraabad EATS-nin krosu yenisi ilə əvəz olunmuşdur.
Xızı rayonu üzrə 2018-ci ilin I rübü ərzində 26 mənzilə yeni telefon çəkilmiş, 34 abunəçi genişzolaqlı internet xidmətinə qoşulmuşdur. Ümumilikdə rayon üzrə 950 nəfər genişzolaqlı internet xidmətindən istifadə edir.
Xızı rayonunda əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə əlaqədar Yeni-Yaşma kənd transformator yarımstansiyasına 12 ədəd mufta, Giləzi qəsəbəsində 1 ədəd 400 A ayrıcı quraşdırılmış, 10 kV Altıağac hava xəttinin Yarımca budaqlanmasına, 6 kV Sitalçay, 10 kV Tıxlı hava xətlərinə 1500 metr naqil AS-50, 35 kV Siyəzən-Altıağac hava xəttinə 185 metr naqil AS-70 və yeni tikilmiş 35/10 kV Baxşılı yarım stansiyasına 150 metr TTR 2x2,5 kabeli, 120 metr ApvP kabeli istifadə edilmişdir.10 kV Altıağac-Yarımca budaqlanmasına 33 ədəd 10 kV dayaq basdırılmış, 10 kV-luq Baxşılı-Vərdəh, Tıxlı, Yeni-Yaşma, Altıağac-Yarımca və 6 kV Sitalçay hava xətlərinə 163 ədəd ŞF-10 izolyator istifadə edilmişdir. Giləzi qəsəbəsində zədələnmiş 160 kVa transformatorun yerinə 160 kVa, 400 kVa transformatorun yerinə 320 kVa transformator, 35/10 kV Yeni-Yaşma yarım stansiyasına 1 ədəd cərəyan transformatoru, 35/10 kV Qızılqazma yarım stansiyasına isə 1 ədəd korpus quraşdırılmışdır. 10,6 və 0,4 kV-luq elektrik verlişi xətlərində, transformator məntəqələrində, yarım stansiyalarda, PQ-da cari təmir işləri aparılmış, qəza bərpa işləri görülmüşdür.
Rüb ərzində Xızı rayonunun Yeni-Yaşma, Sitalçay və Fındığan kəndlərində sayğaclaşma tam başa çatdırılmış, Xızı şəhəri, Altıağac qəsəbəsində və Baxşılı kəndində sayğac quraşdırma işləri davam etdirilir.
2018-ci ilin I rübü ərzində rayon üzrə 17 mln 468 min 800 kVt/saat elektrik enerjisi satışa ötürülmüşdür. Bununda dəyəri 1 mln 517 min 500 manat təşkil etmişdir. Ümumilikdə rayon üzrə 1 mln 310 min 600 manat vəsait yığılmış və 86.4 % təşkil etmişdir. Əhali istehlakçılarına rüb ərzində 3 mln 653 min 311 kVt/saat- dəyəri 317 min 819 manat olmaqla enerji verilərək 239 min 200 manat vəsait toplanmış və 75,3 % təşkil etmişdir.
1№-li Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ildə rayonun sosiai-iqtisadi inkişafına uyğun olaraq rayonda avtomobil yollarının təmiri və asfaltlaşması istiqamətində müəyyən işlər görmüşdür. Xızı-Giləzi avtomobil yolunun bəzi yerlərində (çiyin hisssələrində) 2550 m2 çala təmiri, 2500 pm küvetlərin təmizlənməsi, Xızı-Giləzi və Xızı-Altıağac avtomobil yolarının xətlənməsi, siqnal dirəklərinin ağardılması, qanunsuz giriş çıxış yollarının ləğvi, sürüşkənliyə qarşı qumun, duzun səpilməsi işləri görülmüşdür.
Kənd avtomobil yollarının təmiri, asfaltlaşması nəzərdə tutulur. Bu işlər mərhələli şəkildə həyata keçiriləcəkdir.
Altıağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 365 nömrəli Sərəncamı ilə 2014-cü il 31 avqust tarixində Xızı və Siyəzən rayonlarının inzibati ərazi vahidliyində yaradılmışdır. Sahəsi 11035 ha təşkil edir.
2018-ci ilin I rübündə Altıağac Milli Parkının ərazisində yanğın təhlükəsizliyinin qarşısının alınması məqsədilə Milli Parkın kollektivindən ibarət 14 nəfərlik yanğına qarşı növbətçilik tətbiq edilməklə tədbirlər planı hazırlanmışdır. Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reablitasıya Klinikasına rüb ərzində daxil olmuş, 1 ədəd qartal, 1 ədəd meşə bayquşu hal-hazırda reablitasiya edilir. Mühafizə rejminin gücləndirilməsi məqsədilə ərazidə mütəmadi reydlər keçirilmiş, 1 qanun pozuntusu aşkarlanaraq 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir.
Giləzi Regional Meşəsalma Müəssisəsi 2018-ci ilin I rübündə 5.0 hektar sahədə meşə fondu torpaqlarında meşələrin bərpası, 5.0 ha sahələrin kol-kosdan təmizlənməsi, 10 ha cari torpaq hazırlığı işləri aparılmış, 300 ha meşə əkinlərinə bir dəfəyə çevirməklə xidmət, 200 ha mexaniki xidmət, 200 ha mexaniki xidmətdən sonra əl ilə əlavə xidmət göstərilmişdir. 0.1 ha sahədə səpin şöbəsi, 0,2 ha çilik-kökləndirmə şöbəsi yaradılmış, 6.0 ha sahədə meşə əkinlərinə qulluq edilməklə dibləri doldurulmuş, 400 ha meşə sahəsi suvarılmışdır.
6 saylı Yaşıllaşdırma idarəsində 2018-ci ilin üç ayı ərzində 17 ha sahədə 18250 ədəd müxtəlif cinslərdən ibarət ağaclar əkilmiş, 409 ha sahəyə mexaniki və əl ilə qulluq edilmiş, 1356 ha sahə damcı üsulu ilə suvarılmış, 200 km yanğına qarşı mühafizə zolaqları çəkilmiş, ağacların yaxşı böyüməsi üçün 8 ton üzvü və mineral gübrələr verilmişdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi tərəfindən birinci rüb ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə rüblük proqnoz tapşırığa 272,8 min manata qarşı 309,0 min manat 113,3% əməl edilib. O cümlədən büdcə təşkilatları üzrə 112,9 min manat proqnaza qarşı 128,3 min manat, yəni 114,0%, qeyri-büdcə təşkilatları üzrə 159,9 min manat proqnoza qarşı 180,4 min manat yəni 112,8% əməl edilib.
Rüb ərzində hüquqi şəxslərdən 296,1 min manat vəsait toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,1 min manat çoxdur, fiziki şəxslərdən isə 12,3 min manat vəsait toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 min manat çox, mülkiyyətində istifadəyə yararlı torpaq sahəsi olan sosial sığorta ödəyicilərindən 0,6 min manat vəsait toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 manat çoxdur.
Rüb ərzində qeydiyyatda 230 hüquqi, 655 fiziki və 812 mülkiyyətində istifadəyə yararlı torpaq sahəsi olan sosial sığorta ödəyicisi vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hüquqi, 115 fiziki şəxs və 38 torpaq payçısı çoxdur. Qeydiyyata alınmış 230 hüquqi şəxsdən 80-nin, 655 fiziki şəxsdən 203-nün, 812 torpaq payçılarından 95-nin fəaliyyəti olub və onlarla qarşılıqlı hesablaşma aparılır.
Rayon üzrə 2018-ci il üçün 4 müəssisədə 14 kvota iş yeri müəyyənləşdirilmişdir ki, həmin yerlərin hamısı əlillər üçün nəzərdə tutulmuşdur. Rüb ərzində qeydiyyata alınmış vətəndaşlar arasında 2 nəfər əlil olmuşdur ki, onlardan hər ikisi işlə təmin edilmişdir.
2018-ci ilin I rübü ərzində Xızı Rayon Məşğulluq Mərkəzində 162 nəfər vətəndaş işaxtaran kimi qeydiyyata alınmış, onlardan 94 nəfəri Mərkəzin vasitəçiliyi ilə rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatlarda daimi işlə təmin olunmuşdur. Onların 46 nəfəri qadın, 27 nəfəri gənclər, 9 nəfəri isə məcburi köçkün və qaçqınlardır.
2017-2018-ci dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq Gənclər İdman məktəbi, 1 Uşaq Gənclər Idman-Şahmat məktəbi, 1 Uşaq-Gənclər Inkişaf Mərkəzi fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində 2112 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 313 müəllim məşğul olur.
2017-2018-ci dərs ilində də rayonun ümumtəhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər davam etdirilmişdir.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Xızı məktəbliləri də qoşulmuş, mart ayının 26-da rayon üzrə ümumtəhsil məktəblərinin IX-XI siniflərindən təhsildə xüsusi ilə fərqlənən 40 nəfər şagird Lənkəran-Masallı-Astara marşurutu üzrə keçirilən tur-aksiyada iştirak etmişlər. Layihənin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasıdır ki, belə tur-aksiyalar məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Xızı rayon əhalisinə tibbi xidmət 12 tibb müəssisəsi (Xızı RMX-sı, 6 həkim məntəqəsi və 5 tibbi məntəqəsi) tərəfindən göstərilir. Cəmi rayon üzrə tibb işçilərinin sayı 83 nəfər və onlardan həkimlərin sayı 30, orta tibb işcilərinin sayı 53 nəfərdir. Vakansiyaların sayı cəmi 31 dir, onlardan həkimlərin sayı 9, orta tibb işçilərinin sayı 22 nəfərdir.
Cənab Prezidentin tapşırığına əsasən rayon üzrə müəssisələrdə, təşkilatlarda və yaşayış məntəqələrində əhalinin tibbi profilaktik müayinələri həyata keçirilmişdir və 10.02.2018 tarixindən 31.03.2018 tarixinədək profilaktik baxışdan keçənlərin cəmi sayı 5062 nəfər olmuşdur ki, aşkar olunan xəstələrdən ambulator müalicəyə cəlb olunanların sayı 142 nəfərdir. Stasionar müalicəyə göndərilənlərin sayı 17, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilənlərin sayı isə 11 nəfər olmuşdur.
Xızı rayonu üzrə 2018-cı ilin birinci rübü ərzində 10 nəfər çağırış yaşına çatmış gənc hərbi xidmətə yola salınmış və çağırış planı 100 % yerinə yetirilmişdir.
Hesabat dövrü ərzində Xızı rayon Polis şöbəsinin inzibati ərazisində 15 cinayət hadisəsi baş vermişdir. Ötən ilin müvafiq dövründə isə 7 cinayət hadisəsi qeydə alınmışdı. Rüb ərzində 1 intihar, 9 oğurluq hadisəsi, 3 narkotik vasitələrin qanunsuz saxlanılması, 2 bədənə ağır xəsarət yetirmə hadisələri törədilmişdir ki, onların hər birinin açılması təmin edilmişdir. İki nəfər təqsirləndirilən şəxs qismində axtarışda olub, tutulub istintaq orqanlarına təhvil verilib. İki nəfər itkin düşmüş kimi axtarışda olub tapılması təmin olunmayıb.
2018-ci ilin birinci rübündə Xızı Rayon İcra Hakimiyyəti başçısının aparatına ümumilikdə 83 vətəndaş müraciəti daxil olmuşdur ki, bundan 74-ü ərizə, 9-u şikayətdir. Daxil olan müraciətlərdən 41-i Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 2-i Azərbaycan Respublikasının Milli Məclisindən, 9-ü Respublikanın digər təşkilatlarından daxil olan, 31-i isə bilavasitə Xızı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir.
Daxil olan 83 müraciətdən 13-ü həll edilmiş, 9-u əsassız sayılmış, 53-ü barədə müvafiq izahat verilmiş, 1-i baxılmaq üçün aidiyyəti təşkilata göndərilib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən və Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan vətəndaş müraciətlərinə xüsusi nəzarətlə baxılmış, hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və formada baxılaraq müraciət sahiblərinə rəsmi cavablar verilmişdir.
Hesabat dövrü ərzində 30 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 8 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 352 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 15 nəfər olmuşdur.
Hörmətli toplantı iştirakçıları,
Yekun nitqində ilin sonuna qədər ölkə qarşısında duran bütün vəzifələrin icra ediləcəyinə, Azərbaycanın uğurlu inkişaf yoluna davam edəcəyinə şübhə etmədiyini bir daha qeyd edən dövlət başçımız, qarşıda duran növbəti vəzifələri açıqlamışdır. Bu vəzifələri diqqətinizə çatdırıram:
1. Ərzaq təhlükəsizliyi məsələlərinə, xüsusilə taxılçılığa və heyvandarlığa diqqət yetirilməsi, yeni əkin sahələrinin dövriyyəyə çıxarılması, buğda əkinlərinin genişləndirilməsi;
2. Quş ətinin istehsalına diqqət yetirilməsi, investisiyaların cəlb edilməsi;
3. Kənd təsərrüfatı texnikalarının alınması prosesinin davam etdirilməsi;
4. Kənd təsərrüfatı məhsullarının emalı sənayesinin sürətlə inkişaf etdirilməsi, bölgələrdə yeni emal müəssisələrinin, konserv və şirə istehsalı zavodlarının yaradılması;
5. Üzüm, zeytun, fındıq bağlarının genişləndirilməsi, çayçılığın, çəltikçiliyin, baramaçılığın, sitrus meyvəçiliyinin, tütünçülüyün inkişaf etdirilməsi, şərabın və zeytun yağı istehsalının artırılaraq xarici bazarlara çıxışının təmin edilməsi;
6. Məhsuldarlığın artırılması hesabına pambıqçılığın daha da inkişaf etdirilməsi,
7. Azərbaycanda turizmin inkişafının sürətləndirilməsi, əsas turizm yerləri olan Qəbələ şəhərinə və Qusar rayonuna dəmir yollarının çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırmanın aparılması;
8. Alternativ enerji mənbələrinin yaradılması, yeni elektrik stansiyalarının, külək, günəş, su elektrik stansiyalarının tikilməsi;
9. Yeni “ASAN xidmət” mərkəzlərinin tikilməsi, sahibkarlığın və biznesin inkişafı üçün böyük əhəmiyyəti olan Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzlərinin yaradılması;
10. İlin sonuna qədər ölkəmizdə qazlaşdırmanın 95 faizə çatdırılması, “Şimal-2” elektrik stansiyasının tikintisinin başa çatdırılması, Bakı şəhərinin içməli su ilə təminatının 100 faizə çatdırılması, meliorativ tədbirlərin nəzarətdə saxlanılması, ölkə ərazisində üç yüzdən çox subartezian quyusunun qazılması, bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara suyun verilməsinin təmin edilməsi;
11. Yeni yolların salınması, tunellərin tikilməsi, Bakı şəhərinin nəqliyyat problemlərinin kompleks şəkildə həlli üçün koordinasiya işlərinin aparılması, magistral, şəhərlərarası, kənd yolları layihələrinin icrasının davam etdirilməsi;
12. Regionlarda xəstəxanaların, modul tipli məktəblərin, Olimpiya İdman Mərkəzlərinin tikintisinin davam etdirilməsi;
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan bütün bu vəzifələrin icra edilməsi üçün bu il hər birimiz gərgin işləməliyik. Çalışmalıyıq ki, rayonumuzun iqtisadiyyatını inkişaf etdirərək Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəmizi verək və sakinlərimizin daha da yaxşı yaşamasını təmin edək.
İcazə verin sonda rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.