Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı

12 iyul 2018 | 16:00

     Bildiyiniz kimi 08 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
      İlin 6 ayında qarşıda duran vəzifələrin uğurla icra edildiyini vurğulayan Prezident İlham Əliyev, Azərbaycanın öz dinamik inkişaf templərini saxlaya bildiyini, bu il Azərbaycanın həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini qeyd edərək  altı ay ərzində ümumi daxili məhsulun 1,3 faiz,  qeyri-neft sektorunun 2 faiz, sənaye istehsalının 1 faiz,  qeyri-neft sənayesinin 8,8 faiz, kənd təsərrüfatının 7,6 faiz, xarici ticarət dövriyyəsinin 35 faiz, ixracın 34 faiz, o cümlədən qeyri-neft ixracının 20 faiz artdığını, xarici ticarətin müsbət saldosunun 4,2 milyard dollar həcmində olduğunu,  58 mini daimi olmaqla 67 min yeni iş yeri yaradıldığını, inflyasiyanın cəmi 3 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin 9,3 faiz artdığını geniş ictimaiyyətin diqqətinə çatdırdı.
     Aprel ayında keçirilmiş prezident seçkilərinin Azərbaycan xalqının bizim siyasətimizə çox böyük dəstək verdiyinin göstəricisi olduğunu, seçkilərdə qazandığım inamlı qələbənin son 15 il ərzində görülmüş işlərin Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edən dövlət başçısı bu böyük dəstəyin bizə bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparmağa imkan verəcəyini xüsusi vurğuladı.
   Seçkilərdən əvvəl keçirilmiş rəy sorğularının, seçkilər günü keçirilmiş “exit-poll”ların rəsmi nəticələrlə üst-üstə düşdüyünü,  seçkilərdə Azərbaycan xalqının iradəsinin tam öz əksini tapdığını vurğulayan cənab Prezident, seçkilərin şəffaf və ədalətli şəkildə keçirildiyini,  Azərbaycanın bütün dünyaya müasir, demokratik ölkə olduğunu bir daha göstərdiyini,  burada bütün azadlıqların təmin edildiyini qeyd etdi. 
    Seçkilərə kölgə salmaq istəyənlərin   növbəti dəfə iflasa uğradığını bildirən cənab Prezident,  onların sönük cəhdlərinin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədiyini, onların hərəkətlərinin cəmiyyət tərəfindən rədd edildiyini qeyd etdi.
      Məlumat üçün bildirim ki, 11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkiləri Xızı rayonunda da tam şəffaf və ədalətli keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Rayon üzrə 9848 nəfər səsvermə hüququna malik vətəndaşlardan 7526 nəfəri , yəni ümumi seçicilərin 76,42 faizi səsvermə hüquqlarından istifadə etmişlər. Nəticədə rayon üzrə 7513 etibarlı səsdən 6445-i, yəni 85,78 faizi möhtərəm İlham Əlyiev cənablarına verilmişdir.
     Xarici siyasət sahəsində bu ilin altı ayında böyük işlər görüldüyünü vurğulayan dövlət başçısı, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirildiyini, qonşu dövlətlərlə ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələrinin yaradıldığını, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurulduğunu  qeyd etdi.
    Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının keçirildiyini bildirən cənab Prezident bu tədbirdə də bizim siyasətimizə dəstəyin göstərildiyini, gələn ildən Azərbaycanın bu böyük mötəbər təşkilata sədrlik edəcəyini, gələn il Azərbaycanda Zirvə görüşünün keçiriləcəyini diqqətə çatsdırmış və bunu bir daha ölkəmizə olan hörmətin təzahürü kimi dəyərləndirmişdir.
   Giriş nitqində Cənab Prezident, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisinin öz əksini tapdığını vurğulayaraq, münaqişənin həllinin yalnız bir yolu olduğunu bildirdi: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır. 
   Ordumuzun döyüş qabiliyyətinin çox yüksək səviyyədə olduğunu  bildirən dövlət başçısı 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbənin, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin göstəricisi olduğunu ictimaiyyətin diqqətinə çatdırdı

          Hörmətli toplantı iştirakçıları!

    2018-ci il də Xızı rayonu və Xızı ictimaiyyəti üçün uğurlu və əlamətdar il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-2018-ci illər ərzində 5 dəfə Xızı rayonuna rəsmi səfər etmişdir. Sonuncu dəfə 04 may 2018-ci il tarixdə “Azərsu” ASC-nin yerli qurumunun rayonun Xızı şəhərində inşa edilmiş inzibati binasının  və Xələnc kəndi ərazisində uzunluğu 5 km olan Fındığan kənd yolunun əsaslı təmirdən sonra açılış mərasimində iştirak etmişdir.
    Yuxarıda qeyd etdiyim kimi 2018-ci ildə ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olan Prezident seçkiləri keçirilmişdir. Bir daha Azərbaycan xalqı öz səsini boş vədlərə deyil, real siyasətə, real işlərə vermişdir. O cümlədən, Xızı rayonu üzrə 7513 seçicidən  6445-i, yəni 85,78 faizi möhtərəm İlham Əliyev cənablarına səs vermişdir.
      01 iyul 2018-ci il vəziyyətinə Xızı rayonu əhalisinin sayı 16800 nəfər təşkil edir.   2018-ci ilin birinci yarım ili ərzində Xızı rayonu üzrə 38 doğum,  38 ölüm, 5 nikah və 2 nigahın pozulması qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə  doğum 7 vahid azalmış,  ölüm 8 vahid artmış, nikah isə eyni olmuşdur.
     Rayonda İctimai-siyasi durum sabitdir. Rayonda yeganə partiya Yeni Azərbaycan Partiyası fəaliyyət göstərir. Hazırda YAP Xızı rayon təşkilatı  40 ərazi ilk partiya təşkilatı üzrə 1861 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 864 (46,42%) nəfəri qadınlar, 845 (45,40 %)  nəfəri  gənclərdir.  Rayon ərazisində digər partiyaların dayaq nöqtələri  mövcud deyildir. Rayonda  5 qeyri hökumət  təşkilatı, 9 ictimai təşkilat, 10 məscid (7-i fəaliyyət  göstərir) və 10 pir vardır. Rayon üzrə vəhabilik təriqətinə xidmət edən 3 ailə vardır. Bunlardan 2 ailə Giləzi qəsəbəsində, 1 ailə isə Sitalçay kəndində yaşayır ki, onların fəaliyyəti daim nəzarətdə saxlanılır. Digər dini icmalar mövcud deyil. Rayonda Xızı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xızı” qəzeti nəşr olunur.  
    Rayon ərazisində yaşayan məcburi köçkünlərin sayı 245 nəfər (68 ailə), qaçqınların sayı isə 3278 nəfər (645 ailə)  təşkil edir.
      “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin yarım ili ərzində  rayon ərazisində yeni yaradılmış müəssisə və təşkilatlarda 10, mövcud müəssisə və təşkilatlarda 45, fiziki şəxslərdə 54 olmaqla 109 daimi, digər tədbirlər üzrə isə 115 müvəqqəti iş yeri yaradılmışdır.
      Rayonda aparılan abadlıq-quruculuq işləri davam etdirilir.  Belə ki, hazırda “Xızı Qrand Hotel”in, Kənd Təsərrüfatı Nazirliyinin Xızı rayon idarəsinin inzibati-laboratoriya binasının inşası davam etdirilir, Xızı-Altıağac avtomobil yolunda yenidənqurma işləri, 5 km məsafədə Yeni Yaşma kənd giriş yolu (2 km) və kənddaxili (3 km) yollarda əsaslı təmir işləri, Fındığan kənd yolunun əsaslı təmiri isə yekunlaşmışdır. Həmçinin qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin əvəzinə tikilən 25 ədəd fərdi yaşayış evlərində son tamamlama işləri başa çatdırılmışdır.
    Rayon ərazisində sosial layihələrin icra edilməsi və uşaq bağçalarının tikintisi davam etdirilmişdir. Bu tədbirlər əhalinin sosial əhəmiyyətli sifarişləri əsasında həyata keçirilmiş, onlar tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Hazırda 75 yerlik Xızı şəhər Uşaq bağçasının və 420 şagird yerlik Xızı şəhər tam orta məktəbinin layihələndirmə işləri aparılır. 2018-ci ildə rayonda sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədilə yeni iş yerlərinin açılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası olaraq abadlıq və təmizlik, habelə çoxmənzilli binaların əsaslı təmiri işlərinə cəlb olunacaq müvəqqəti işçilərin saxlanılması və malların (işlərin və xidmətlərin) satın alınması həyata keçirilmiş və bu işlərin görülməsinə 10 nəfər müvəqqəti işçi cəlb edilmişdir.
    Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Xızı şəhərinin və Altıağac qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrası istiqamətində tədbirlər davam etdirilir.  Bundan başqa Xızı şəhərini içməli su ilə təmin edən Dahar dibi-Xızı su kəməri yenidən çəkilmiş, hazırda mənbədə su toplayıcı və durulducu qurğuların tikintisi işləri davam etdirilir.
      2018-ci ilin birinci yarım ili ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 43 milyon 528 min 900 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 932 min 300 manat  çoxdur. O cümlədən, kənd təsərrüfatı məhsulunun  həcmi 3 milyon 505 min  manat artaraq  24 milyon 603 min 200 manat, nəqliyat sektorunda əldə olunan gəlirlər 34 min 700 manat, azalaraq 309 min 500 manat, ticarət xidmətinin həcmi 213 min 100 manat, artaraq 4 milyon 967 min 900  manat, informasiya və rabitə xidmətlərinin həcmi 4 min 400 manat artaraq 98 min  manat, sənaye məhsulunun həcmi 273 min 600 manat 3 milyon  528 min 300 manat, tikinti-quraşdırma işləri isə 29 min 100 manat azalaraq 10 milyon 22 min manat olmuşdur. Ümumi məhsul buraxılışında  qeyri-dövlət sektorunun  xüsusi çəkisi 3 milyon 449 min 900 manat artaraq 29 milyon 570 min 900 manat təşkil etmişdir. 
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 6 layihə üzrə cəmi 7 milyon 88 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 142 yeni iş yerinin yaradılması imkanı yaranmışdır.  
      Xızı rayonu üzrə Maliyyə Şöbəsi 2018-ci ilin 6 ayı ərzində rayon büdcəsinin mədaxil proqnozunu ümumilikdə 919 min 89 manata qarşı faktiki 948 min 628 manat yerinə yetirmişdir. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan illik  yerli gəlir  nəzərdə tutulmuş xərclərin yalnız 71,9 %-ni təşkil edir.
       Ümumilikdə büdcənin məxaric hissəsi 1 milyon 254 min 943 manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 1 milyon 39 min 45 manat  icra olunmuşdur. Büdcə məxaricinin təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Buna baxmayaraq əmək haqqı və sosial müdafiə xərclərinin vaxtında ödənilməsi tam təmin edilmiş , bu sahədə heç bir problem olmamışdır.
       Büdcə məxaricinin əhəmiyyətli hissəsini sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi təşkil edir. Bu tədbirlərin maliyyələşdirilməsinə 405 min 455 manat vəsait sərf olunmuşdur ki, bu da bu tədbirlər üçün nəzərdə tutulmuş  xərclərin 80,6 %-ni təşkil edir. Təhsil xərclərinə ümumilikdə 83 min 501 manat, səhiyyə xərclərinə 313 min 357 manat, bədən tərbiyyəsi və  gənclər siyasəti xərclərinə 8 min 597 manat vəsait sərf olunmuşdur ki, bu xərclərin də əsas hissəsini əmək haqqı və ona bərabər tutulan xərclər təşkil edir.
    6 ay ərzində ümumi xərclənən vəsaitin 52,8 %-ni əmək haqqı və ona bərabər tutulan xərclər təşkil etmişdir.
    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi tərəfindən hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə 6 aylıq proqnoz tapşırığa 598,7 min manata qarşı 630,3 min manat və ya 105,3%  əməl edilmişdir.
     O cümlədən büdcə təşkilatları üzrə 260,8 min manat proqnaza qarşı 262,0 min manat  və ya 100,5 faiz, qeyri-büdcə təşkilatları üzrə 337,9 min manat proqnoza qarşı 368,3 min manat və ya 109,0% əməl edilmişdir.
     Şöbədə 6 ay ərzində qeydiyyatda 230 hüquqi, 655 fiziki və 812 mülkiyyətində istifadəyə yararlı torpaq sahəsi olan sosial sığorta ödəyicisi vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hüquqi, 115 fiziki şəxs və 38 torpaq payçısı çoxdur. Qeydiyyata alınmış 230 hüquqi şəxsdən 80-nin, 655 fiziki şəxsdən 203-nün, 812 torpaq payçılarından 95-nin fəaliyyəti olub və onlarla qarşılıqlı hesablaşma aparılır.
     Rayonda ünvanlı sosial yardıma daha çox ehtiyacı olan insanların, aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 09 fevral tarixli Sərəncamına əsasən 01 yanvar 2018-ci ildən 1399 nəfər pensiyaçının pensiyasına  5.7 faizlik artım tətbiq edilərək yenidən hesablanıb ödənilməsi təmin edilmişdir.  Rayonda ümumi qeydiyyat üzrə 1453 nəfər əmək pensiyaçısı var. Ondan 942 nəfəri yaşa görə, 123 nəfəri ailə başçısını itirməyə görə və 388 nəfəri əlilliyə görə pensiya alanlardır.
    Rüb ərzində rayonda ümumi qeydiyyat üzrə  580 nəfər müavinətçi var. Ondan 155 nəfəri yaşa görə, 68 nəfəri ailə başçısını itirməyə görə, 238 nəfəri əlilliyə görə, 69 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 42 nəfər müharibə veteranı və 8 nəfər şəhid ailəsidir. Bundan başqa şöbə uşaq müavinəti alan 21  ailəyə də xidmət göstərir. O  cümlədən 11 müharibə əlili ailəsinə, 1 nəfər şəhid ailəsi və 8 nəfər beşdən çox uşağı olan analara  müavinət təyin edilib və lazımi xidmətlər göstərilmişdir.
      2018-ci ilin  6 ayı ərzində  Xızı Rayon Məşğulluq Mərkəzində 222 nəfər vətəndaş işaxtaran kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 128 nəfər vətəndaş Mərkəzin vasitəçiliyi ilə rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatlarda daimi işlə  təmin olunmuşdur. Onlardan 55 nəfəri qadınlar, 35 nəfəri gənclər, 13 nəfəri isə məcburi köçkün və qaçqınlar olmuşdur. 
     Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22  noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na əsasən Xızı Rayon İcra Hakimiyyəti  Başçısının 26 sentyabr 2017-ci il tarixli 55 saylı  sərəncamı ilə Xızı rayonu üzrə fəaliyyət göstərən 4 müxtəlif idarə, müəssisə və təşkilat üzrə 14  nəfərlik  kvota  yeri müəyyən olunmuşdur. Həmin yerlərin hamısı əlillər üçün nəzərdə tutulmuşdur.  Hesabat dövrü  ərzində  qeydiyyata alınmış vətəndaşlar arasında 2 nəfər əlil olmuşdur ki, onlarında hər ikisi işlə təmin olunmuşdur..
           2018-ci ilin  yarım ili ərzində  6 nəfər işaxtan vətəndaşa işsizlik statusu verilmiş və işsizlikdən sğorta ödənişi təyin olunmuşdur.    İşsizlik statusu verilmiş 6 nəfər işsiz vətəndaşdan 1 nəfəri gənc olmuşdur.
      “Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Xızı Şəbəkə sahəsi tərəfindən 2018-ci ilin 6 ayı ərzində əhalinin  elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə əlaqədar müəyyən işlər görülmüşdür.
Belə ki, Giləzi qəsəbəsində 1 ədəd  400A ayrıcı, Yeni-Yaşma kəndinə tr-or y/st-a 1 ədəd 250A  quraşdırılmış, zədələnmiş 3060049 kod saylı 160 kVa tr-orun yerinə 160 kVa, 3060043 kod saylı 400 kVa tr-orun yerinə 320 kVa  tr-or, Qars kəndində zədələnmiş 63 kVa tr-orun yerinə 160 kVa tr-or, 35/10 kV Qızılqazma y/st-a 1 ədəd korpus  quraşdırılmışdır.
     10,6 və 0,4 kV-luq elektrik verilişi xətlərində, transfarmator məntəqələrində, yarımstansiyasında, PQ-da cari təmir işləri aparılmış, qəza bərpa işləri görülmüşdür.
Xızı rayonunun Yeni-Yaşma, Sitalçay, Fındığan, Tıxlı, Baxşılı kəndlərində, Altıağac qəsəbəsi və Xızı şəhərindədə sayğaclaşma tam başa çatdırılmışdır. 
Xızı rayonun Məşədi-Həsən kənd əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün 0,4 kV e.v.x-i tam yenilənmiş, transformator dəyişdirilmiş yaxın vaxtlarda abonentlərin sayğacları yenisi ilə əvəz ediləcəkdir.
    2018-ci ilin 6 ayı  ərzində rayon üzrə 31 mln. 831 min. 0  kVt/saat   elektrik enerjisi satışa ötürülmüşdür. Bununda dəyəri  2 mil.  790 min. 800 manat təşkil etmişdir. Ümumilikdə rayon üzrə 2 mln.  535 min. 500 manat vəsait yığılmlş və  90.9 % təşkil etmişdir.
     O cümlədən əhali istehlakçılarına  2018-cı ilin yarım ili ərzində  5 mil. 089 min. 815   kVt/saat dəyəri  459  min. 455  manat olmaqla enerji verilərək   424  min. 200  manat   vəsait toplanmış və   92.3 %  təşkil etmişdir.
    Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xızı Xidmət Sahəsi tərəfindən 2018-ci ilin  6 ayı ərzində təbii qaz təchizatının fasiləsiz verilməsi üçün müxtəlif diametrli 1538 p/m qaz xətti həyətyanı sahələrdən küçəyə çıxarılaraq, 654 pm qaz xətti torpaq altından çıxarılaraq dayaqlar üzərinə qaldırılmış, Altıağac qəsəbəsində diametri 57 mm-lik 785 pm xətti, diametri 76 mm-lik qaz xətti ilə əvəz olunmuş və müxtəlif diametrli 500 pm qaz xətti xüsusi antipas boya vasitəsilə rənglənmişdir.
  Əhali sektoru üzrə 3621 abonent, qeyri-əhali sektoru üzrə 112 abonent qeydiyyatdadır ki, bunlardan 2018-ci ilin 6 ayı ərzində 46 əhali abonenti və 1 qeyri-əhali abonenti yeni qazlaşdırılaraq qeydiyyata alınmışdır.
    Xızı Xidmət Sahəsi üzrə 18 sərfölçmə qovşağından 8 milyon 239 min 264 m3 təbii qaz qəbul olunmuş, bundan 7 milyon 948 min  236 m3 qaz abonentlər tərəfindən istehlak edilmiş, 4 min 726 m3 daxili təlabat üçün istifadə  olunmuş və 286 min  001 m3 qaz itkisi (faizlə -3,5%) olmuşdur.
    İsehlak olunan təbii qazın 2 777 322  m3 əhali abonentlərinə və 5 171 214 m3 isə qeyri-əhali abonentlərinə satılmışdır. Ümumi satılan təbii qazın dəyərinə görə 1 464 504,13 manat ödəniş olunmuş (faizlə 108,6%) o, cümlədən əhali sektoruna satılan qazın dəyərindən 356 369,15 manat( faizlə 113,6%) ödənilmişdir.
      Xızı Xidmət Sahəsi üzrə təbii qazdan istifadə edən bütün abonentlər 100,0% sayğaclaşdırılmışdir ki, bunlardan 181 ədədi Smart kart tipli sayğaclı abonentlərdir. Müəyyən vaxtlarada quraşdırılmış və dövrü istismar müddəti bitmiş 48 ədəd məişət qaz sayğacı 2018-ci ilin 6 ayı ərzində yenisi ilə əvəz olunmuşdur.  Qarşıdan gələn payız-qış mövsümündə abonentlərin təbii qazdan fasiləsiz və normal təzyiqdə istifadə etmələri istiqamətində təxirə salınmaz tədbirlər davam etdirilir.
     Xızı Sukanal İdarəsi tərəfindən 2018-ci ilin 6 ayı ərzində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral və məhəllədaxili su xətlərində cari təmir işləri aparılmış,15 su anbarı yuylaraq dezinfeksiya edilmiş, 3 ədəd mühərrik təmir olunmuş,  20 ədəd siyirtmə təmir olunmuş, 16 ədəd siyirtmə yenisi ilə əvəz edilmişdir.
   Xızı şəhərində və Altıağac qəsəbəsində “Azərsutəchizattikinti” MMC tərəfindən yeni su şəbəkəsi yaradılaraq əhalinin istifadəsinə verilmiş və əhali üzrə ümumilikdə 801 ədəd mexaniki su sayğacı plomblanaraq istismara qəbul edilmişdir.
   Yeni Yaşma kəndində “Azərsu” ASC tərəfindən yeni su şəbəkəsi yaradılaraq əhali üzrə 333 ədəd mexaniki su sayğacı plomblanaraqistifadəyə verilmişdir.
    Hesabat dövrü ərzində 371129,9 m3  ümumi su satışı olmuş,239416,99 manat , yəni 64,5% ödəniş edilmişdir.
Ondan:
Qeyri əhali abonentləri üzrə satış: 188972,0 m3, ödəniş 21548,0  manat,     111,4%
Əhali abonentləri üzrə satış: 182157,9 m3, ödəniş 28868,9 manat,             52,8% 

   Xızı TKQ trəfindən 2018-ci ilin 6 ayı ərzində zədələnmələr haqqında daxil olan məlumatlar vaxtında araşdırılaraq problemlər aradan qaldırılmış, yararsız  vəziyyətdə olan abunəçi xətləri yenisi ilə əvəz edilmişdir. Yararsız vəziyyətdə olan 80 abunəçi xətləri yenisi ilə əvəz edilmişdir. Xızı şəhərində 10, Giləzi qəsəbəsində 4, Altıağac qəsəbəsində 11, Şuraabad qəsəbəsində 12, Yeni Yaşma kəndində 5, Baxşılı kəndində 1, Sitalçay kəndində 7 ədəd dirək dəyişdirilərək yenisi ilə əvəz olunuş, şəhər, qəsəbə və kənddaxili kabellər 2000 metr məsafədə blokla dartılmışdır.
   1№-li Yol İstismarı MMC tərəfindən 2018-ci ilin 6 ayı ərzində 4100 p/m küvetlərin təmizlənməsi, 2280 m2  asfalt beton örtüklə çala təmiri, yol çiyinlərinin bərkidilməsi, Kistiy Klyuç və Qars avtomobil yolunun  avtoqreyder vasitəsi ilə hamarlanması, yol nişanlarının qoyulması  işləri həyata keçirilmişdir.
       Altıağac Milli Parkı tərəfindən 2018-cı  ilin 6 ayı ərzində  Parkın ərazisində yol verilmiş qanun pozuntularına görə 900 manat cərimə tətbiq edilmişdir.
   Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası 6 ay ərzində 1 ədəd qartal, 1 ədəd meşə bayquşu, 1 ədəd şahin quşu, 1 ədəd qara uzunqanad müalicə edərək yenidən təbiətə qaytarmışdır.
Hesabat dövrü ərzində Altıağac Milli Parkı 389 nəfər xarici və yerli turistlər qəbul etmişdir. 
     Rayonun kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq  əsas yer tutur.     
    Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 702 hektar artaraq 2232 hektar, arpa əkininin sahəsi 353 hektar artaraq 1794 hektar, yonca əkininin sahəsi isə 41,5 hektar azalaraq 258,5 hektar təşkil etmişdir.
    Rayonda  01.07.2018-ci il tarixə 9601 baş iribuynuzlu (o cümlədən inək və camışlar 4939 baş), 78973 baş xırdabuynuzlu heyvan, 212 baş donuz vardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 295 baş azalmış, xırdabuynuzlu heyvanların sayı 2030 baş, donuzların sayı isə 62 baş artmışdır. Quşların sayı isə 193 min 868 baş azalaraq 2 milyon 646 min 194 baş olmuşdur.
    Hesabat dövrü ərzində 416 ton inək əti, 132 ton qoyun və keçi əti, 2160 ton quş əti olmaqla ümumilikdə  (diri çəkidə) 2710 ton ət istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58 ton az təşkil edir. Süd istehsalı 3471 ton, yumurta istehsalı 131 milyon 891 min ədəd olmuş, yun istehsalı isə 104,2 ton təşkil etmişdir.
          2018-ci ilin 6 ayı ərzində rayonda cəmi 191 baş iri buynuzlu mal-qara süni yolla mayalandırılmış, 96 baş buzov doğulmuşdur. 2018-ci ilin 6 ayı ərzində yeni doğulmuş 74 baş buzova görə heyvan sahiblərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli 401 nömrəli Qərarı ilə təsdiq edilmiş “Süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq 7400 manat vəsait verilmişdir.
     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50% güzəştlə lizinq yolu ilə heyvandırlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na uyğun olaraq rayon sakinlərinə lizinq yolu ilə 15 (on beş) baş damazlıq düyə alınması üçün rəy verilmiş və həmin heyvanlar sahibkar tərəfindən alınmışdır.
            2018-ci ilin məhsulu üçün rayon üzrə 2232 hektar buğda sahəsindən 695 hektarı biçilmiş və biçilən buğda  sahəsindən  1321 ton məhsul alınmışdır. 1794 hektar arpa sahəsindən isə 1585 hektarı biçilmiş və biçilən arpa sahəsindən 2647,0 ton məhsul alınmışdır. 2018-ci il üçün buğdanın məhsuldarlığı 19,0  sentner, arpanın məhsuldarlığı isə 16,7 sentner təşkil etmişdir.
      2017-2018-ci dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq Gənclər İdman-Şahmat məktəbi, 1 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.Rayonun ümumtəhsil məktəblərində 2112 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 313 müəllim məşğul olur.
2017-2018-ci dərs ilində də Təhsil şöbəsi rayonun ümumi təhsil müəssisələrində maddi- texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər davam etdirilmişdir. Belə ki, ehtiyacı nəzərə alaraq məktəblərə müxtəlif inventar və İKT avadanlıqları verilmişdir.
    05 yanvar 2018-ci il tarixdə rayonun Baxşılı kəndində tikilən 56 yerlik modul tipli ümumi orta məktəbin açılış mərasimi keçirilmişdir.
   “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Xızı məktəbliləri də qoşulublar. Mart ayının 26-da rayon üzrə ümumtəhsil məktəblərinin IX-XI siniflərindən təhsildə xüsusi ilə fərqlənən 40 nəfər şagird Lənkəran-Masallı-Astara marşurutu üzrə yola düşmüşlər. Layihənin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
     IX siniflərdə buraxılış imtahanlarının yeni qaydada keçirilməsi ilə əlaqədar Təhsil şöbəsi məktəb rəhbərlərinin, riyaziyyat və Azərbaycan dili müəllimlərinin iştirakı ilə seminar-müşavirə keçirmiş, imtahanların 2 mərhələdə aparılması qaydaları müzakirə edilmişdir. IX siniflərdə buraxılış imtahanlarının I mərhələsi 18 mart 2018-ci il tarixində Giləzi qəsəbə tam orta məktəbində mərkəzləşmiş qaydada təşkil edilmişdir. Buraxılış imtahanlarının I mərhələsi “Əsasnamə” yə uyğun keçirilmiş, heç bir qanun pozğuntuluğuna yol verilməmişdir.
      03 iyun 2018-ci il tarixdə IV Respublika fənn müsabiqələrinin I mərhələsi rayon üzrə Giləzi qəsəbə tam orta məktəbində keçirilmiş, müsabiqədə VI-VII sinif şagirdlərindən fərqlənən 71 nəfər iştirak etmişdir.
    14 iyun 2018-ci il tarixdə rayonun bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilmişdir.
    2018-ci ilin iyun ayında Təhsil şurasının növbəti iclasında məktəb rəhbərlərinin iştirakı ilə 2017-2018-ci dərs ilinin yekunları təhlil edilmişdir.
      Xızı rayon  əhalisinə tibbi  xidmət 12 tibb müəssisəsi (Xızı  RMX-sı,  6 həkim məntəqəsi və  5 tibbi məntəqəsi) tərəfindən göstərilir. Rayon üzrə tibb işçilərinin cəmi sayı 84 nəfər, onlardan  həkimlərin  sayı 29, orta tibb işcilərinin sayı 55 nəfərdir. Vakansiyaların sayı cəmi  30-dur.
       Prezident İlham Əliyevin tapşırığına əsasən fevral ayının 10-dan başlayan əhalinin profilaktik tibbi müayinələri zamanı  profilaktik baxışlardan keçənlərin sayı 10637 nəfər olmuşdur. Onlardan –10052 nəfər sağlam hesab olunmuş, 524 nəfər  ambulator,35 nəfər stasionar müalicəyə cəlb olunmuş, 26 nəfər müayinə və müalicə üçün Bakı və Sumqayıt şəhərlərinə ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir.
   2018-ci ilin 6 ayı ərzində ölənlərin sayı-49 nəfər olmuşdur ki, onlardan da hamısı böyüklərdir və evdə ölənlərdir. 2018-ci ilin 6 ayı ərzində ilkin təyin olunan əlillərin sayı böyüklər-6 nəfər, uşaqlar isə-4 nəfər olmuşdur və onların hamısına II qrup əlillik təyin olunmuşdur. Rayon üzrə şəkərli diabet xəstələrinin sayı cəmi- 218, uşaqlar-3, insulindən asılı olan-10 nəfər və onlardan uşaqlar-3 nəfərdir,  ilk dəfə qeydə alınan xəstələr-12, uşaqlar-1 nəfərdir.
   2018-ci ilin 6 ayı ərzində Xızı rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb xəstələrinin sayı 105 nəfərdir ki, onlardan 2 nəfəri uşaqdır.
Rayon üzrə doğuşların sayı-86, onlardan Xızı RMX-nın doğuş şöbəsində doğulanların sayı-11 nəfərdir.
Rayonda uşaqların icbarı dispanzerizasiyası planlı şəkildə aparılır. 2018-ci ilin 6 ayı ərzində tibbi müayinədən keçən uşaqların sayı 831 nəfər olmuşdur. Onlardan aşkar olunan xəstə uşaqların sayı-185 nəfərdir. Xəstələrdən dispanser nəzarətinə götürülənlərin sayı 7, sağalma ilə qeydiyyatdan çıxanların sayı 8 nəfər olmuşdur.
     2018-ci ilin birinci yarım ili ərzində 16 oğurluq hadisəsi, 6 narkotik vasitələrinin qanunsuz saxlanılması, 3 bədənə ağır xəsarət yetirmə, 2 xuliqanlıq , 1 dələduzluq, 1 əmlakı mənimsəmə, 1 cinayət yolu ilə əmlakı alma hadisəsi  olmaqla Xızı Rayon Polis şöbəsinin inzibati ərazisində ümumilikdə 31 cinayət hadisəsi baş vermişdir ki, bunlardan 28-nin açılması təmin olunmuş, 3 cinayət hadisəsi bağlıdır. 2018-ci ilin birinci yarım ili ərzində 1 intihar hadisəsi baş verib-açılmışdır. Azyaşlı tərəfindən heç bir cinayət hadisəsi törədilməmişdir. 8 nəfər təqsiləndirilən şəxs qismində axtarışda olub onlardan 5-i tutularaq istintaq orqanlarına təhvil verilib, 3 nəfərin axtarışı davam etdirilir. 2 nəfər itkin düşmüş kimi axtarışda olan şəxslərin axtarışı davam etdirilir.
    Hesabat dövrü ərzində Xızı Rayon İcra Hakimiyyətinə ümumilikdə daxil olan 168 müraciətdən 40-ı həll edilmiş, 12-i əsassız hesab olunmuş,98-i barədə müvafiq izahat verilmiş, 8-i baxılmaq üçün aidiyyəti təşkilata göndərilmiş, 5-i isə baxılmamış saxlanılmışdır.
    62-i ərizə, 8-i şikayət olmaqla ARPA-dan daxil olan 70 müraciətdən 2-i həll olunmuş, 6-ı əsassız hesab edilmiş, 58-i barədə müvafiq izahat verilmiş, 2- i baxılmaq üçün aidiyyəti təşkilata göndərilmiş, 1-i isə baxılmamış saxlanılmışdır.
      Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən  və Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan vətəndaş müraciətlərinə xüsusi nəzarətlə baxılmış, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlanıldıqda (Yuxarı təşkilatlara) dövlət hakimiyyəti orqanına məlumat verilməsi təmin olunmuşdur. Daxil olan hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və formada baxılaraq müraciət sahiblərinə rəsmi cavablar verilmişdir.     
       Hesabat dövrü ərzində  61 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 21 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 862 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 30  nəfər olmuşdur. 
     Xızı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına 2018-ci ilin 6 ayı ərzində  şikayət ərizəsi daxil olmamışdır.

      Hörmətli toplantı iştirakçıları,

      Yekun nitqində Davos Dünya İqtisadi Forumunun hesablamalarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıran cənab Prezident qeyd etdi ki, son hesablamalara görə Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci, Yol infrastrukturunun inkişafına görə 36-cı,  İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü,  ümumi infrastrukturun inkişafına görə 26-cı, Xalqın iqtidara dəstəyinə görə 20-ci yerdədir.  Bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək.

      Hörmətli toplantı iştirakçıları,

   İcazə verin sonda rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.
 

Keçidlər