Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı

18 oktyabr 2018 | 16:00

     Bildiyiniz kimi 09 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
     2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla və vaxtında icra edildiyini vurğulayan Prezident İlham Əliyev 9 ay ərzində iqtisadiyyatımızın 0,8 faiz, qeyri-neft sektorumuzun 1 faiz, sənaye istehsalımızın 2 faiz, qeyri-neft sənayemizin 10,8 faiz,  kənd təsərrüfatımızın  4,3 faiz artdığını, inflyasiyanın cəmi 2,6 faiz, əhalinin gəlirlərinin isə 9,5 faiz olduğunu, doqquz ay ərzində ölkə iqtisadiyyatına  5,6 milyard dolları qeyri-neft sektoruna aid olmaqla  9 milyard dollar sərmayə qoyulduğunu qeyd etdi.
       Bu il Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edildiyini  xüsusi qeyd edən cənab Prezident bu tarixi sənəddə Azərbaycanın milli maraqlarının tam şəkildə əksini tapdığını, Konvensiyanın regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəd olduğunu diqqətə çatdırdı.     Həmçinin, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimizin daha da möhkəmləndiyini, münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi bazanın olduğunu bildirdi.
     Dövlətin dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradıldığını qeyd edən dövlət başçısı  ilin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodunun,  azot gübrəsi zavodunun, yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodunun istifadəyə veriləcəyini və bu layihələrin ölkəmizə böyük həcmdə valyuta gətirəcəyini bildirdi.  
     2018-ci il enerji siyasətimizin inkişafı üçün önəmli il olmuşdur. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışının qeyd edilməsinə, ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışının keçirildiyinə diqqət çəkən cənab Prezident    “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyini,  TAP layihəsinin icrası ilə bağlı  heç bir problemin olmadığını geniş ictimaiyyətin  diqqətinə çatdırdı.

      Hörmətli toplantı iştirakçıları !

       2018-ci il də Xızı rayonu və Xızı ictimaiyyəti üçün uğurlu və əlamətdar il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-2018-ci illər ərzində 5 dəfə Xızı rayonuna rəsmi səfər etmişdir. Sonuncu dəfə 04 may 2018-ci il tarixdə “Azərsu” ASC-nin yerli qurumunun rayonun Xızı şəhərində inşa edilmiş inzibati binasının  və Xələnc kəndi ərazisində uzunluğu 5 km olan Fındığan kənd yolunun əsaslı təmirdən sonra açılış mərasimində iştirak etmişdir.
    2018-ci ildə ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olan Prezident seçkiləri keçirilmişdir. Bir daha Azərbaycan xalqı öz səsini boş vədlərə deyil, real siyasətə, real işlərə vermişdir. O cümlədən, Xızı rayonu üzrə 7513 seçicidən  6445-i, yəni 85,78 faizi möhtərəm İlham Əliyev cənablarına səs vermişdir.
     Rayon Statistika idarəsinin təqdim etdiyi ilkin məlumatlara əsasən 01 yanvar 2018-ci il vəziyyətinə Xızı rayonu əhalisinin sayı 16868 nəfər təşkil edir. 2018-ci ilin doqquz ayı ərzində Xızı rayonu üzrə 129 doğum,  73 ölüm, 38 nikah, 11 boşanma qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə  əhalinin sayı 151 nəfər və ya 0,9 faiz, ölənlərin sayı 5 vahid və ya 7,3 faiz, boşanmalar 1 vahid, yəni 10,0 faiz artmış, nikahlar 48 vahid və ya 44,18 faiz, doğulanların sayı  88 vahid, yəni 59,44 faiz, azalmışdır.
     Rayonda İctimai-siyasi durum sabitdir. Rayonda yeganə partiya Yeni Azərbaycan Partiyası fəaliyyət göstərir. Hazırda YAP Xızı rayon təşkilatı  40 ərazi ilk partiya təşkilatı üzrə 1861 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 864 (46,4%) nəfəri qadınlar, 845 (45,4 %)  nəfəri  gənclərdir.  Rayon ərazisində digər partiyaların dayaq nöqtələri  mövcud deyildir. Rayonda  5 qeyri hökumət  təşkilatı, 9 ictimai təşkilat, 10 məscid (8-i fəaliyyət  göstərir) və 10 pir vardır. Rayonda Xızı Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xızı” qəzeti nəşr olunur.  
    Rayon ərazisində yaşayan məcburi köçkünlərin sayı 239 nəfər (68 ailə), qaçqınların sayı isə 3278 nəfər (645 ailə)  təşkil edir.
    “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş  tapşırıqların icrasını təmin etmək məqsədilə Xızı Rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi Qərargah tərəfindən rayonun iqtisadi potensialına uyğun həyata keçirilən  tədbirlər nəticəsində 12 oktyabr 2018-ci il tarixinədək rayon ərazisində 244 yeni iş yeri yaradılmış, mövcud ştat vahidlərinə və yeni yaradılmış iş yerlərinə qəbul olunmaqla 244 nəfər işlə təmin olunmuşdur.
      “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin 9 ayı ərzində  rayon ərazisində yeni yaradılmış müəssisə və təşkilatlarda 12, mövcud müəssisə və təşkilatlarda 58, fiziki şəxslərdə 67 olmaqla 137 daimi, digər tədbirlər üzrə isə 190 müvəqqəti iş yeri yaradılmışdır.
      Rayonda aparılan abadlıq-quruculuq işləri davam etdirilir.  Belə ki, hazırda “Xızı Qrand Hotel”in, Kənd Təsərrüfatı Nazirliyinin Xızı rayon idarəsinin inzibati-laboratoriya binasının inşası davam etdirilir, Xızı-Altıağac avtomobil yolunda yenidənqurma işləri, 5 km məsafədə Yeni Yaşma kənd giriş yolu (2 km) və kənddaxili (3 km) yollarda əsaslı təmir işləri, Fındığan kənd yolunun əsaslı təmiri isə yekunlaşmışdır. Həmçinin qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin əvəzinə tikilən 25 ədəd fərdi yaşayış evlərində son tamamlama işləri başa çatdırılmışdır.
    Rayon ərazisində sosial layihələrin icra edilməsi və uşaq bağçalarının tikintisi davam etdirilmişdir. Bu tədbirlər əhalinin sosial əhəmiyyətli sifarişləri əsasında həyata keçirilmiş, onlar tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Hazırda 75 yerlik Xızı şəhər Uşaq bağçasının və 420 şagird yerlik Xızı şəhər tam orta məktəbinin layihələndirmə işləri aparılır. 2018-ci ildə rayonda sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədilə yeni iş yerlərinin açılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası olaraq abadlıq və təmizlik, habelə çoxmənzilli binaların əsaslı təmiri işlərinə cəlb olunacaq müvəqqəti işçilərin saxlanılması və malların (işlərin və xidmətlərin) satın alınması həyata keçirilmiş və bu işlərin görülməsinə 10 nəfər müvəqqəti işçi cəlb edilmişdir.
    Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Xızı şəhərinin və Altıağac qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrası istiqamətində tədbirlər davam etdirilir.  Bundan başqa Xızı şəhərini içməli su ilə təmin edən Dahar dibi-Xızı su kəməri yenidən çəkilmiş, hazırda mənbədə su toplayıcı və durulducu qurğuların tikintisi işləri davam etdirilir.
      Rayon Statistika idarəsinin təqdim etdiyi ilkin məlumatlara əsasən 2018-ci ilin 9 ayı ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 194 milyon 194 min 400 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 111 milyon 84 min 300 manat  çoxdur. Kənd təsərrüfatı məhsulunun  həcmi  2 milyon 710 min 900   manat, yəni 5,2 % azalaraq 49 milyon 684 min 400 manat, nəqliyyat sektorunda əldə olunan gəlirlər 91 min 700  manat, yəni 17,3 % artaraq 620 min manat, ticarət xidmətinin həcmi  753 min 100 manat, yəni 11,8 % artaraq 7 milyon 144 min  manat, informasiya və rabitə xidmətlərinin həcmi 1 min 900  manat, yəni 1,2 % artaraq 149 min  manat, sənaye məhsulunun həcmi 81 min 500 manat, yəni 1,9 % artaraq 4 milyon  315 min  manat, tikinti-quraşdırma işləri isə 626 min  manat, yəni 3,2%  artaraq 20 milyon 41 min   manat olmuşdur. Ümumi məhsul buraxılışında  qeyri-dövlət sektorunun  xüsusi çəkisi 1 milyon 957 min 800 manat azalaraq 56 milyon 828 min 400 manat təşkil etmişdir. 
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 7 layihə üzrə cəmi 7 milyon 93 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 143 yeni iş yerinin açılması imkanı yaranmışdır.  
      Xızı rayonu üzrə Maliyyə Şöbəsi 2018-ci ilin 9 ayı ərzində rayon büdcəsinin mədaxil proqnozunu ümumilikdə 1 milyon 479 min 831 manata qarşı faktiki 1 milyon 537 min 468 manat yerinə yetirmişdir. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan illik  yerli gəlir  nəzərdə tutulmuş xərclərin yalnız 71,9 %-ni təşkil edir.
       Ümumilikdə büdcənin məxaric hissəsi 2 milyon 10 min 700 manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 1 milyon 722 min 601 manat  icra olunmuşdur. Büdcə məxaricinin təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Buna baxmayaraq əmək haqqı və sosial müdafiə xərclərinin vaxtında ödənilməsi tam təmin edilmiş , bu sahədə heç bir problem olmamışdır.
       Büdcə məxaricinin əhəmiyyətli hissəsini sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi təşkil edir. Bu tədbirlərin maliyyələşdirilməsinə 652 min 764 manat vəsait sərf olunmuşdur ki, bu da bu tədbirlər üçün nəzərdə tutulmuş  xərclərin 82,8 %-ni təşkil edir. Təhsil xərclərinə ümumilikdə 138 min 857 manat, səhiyyə xərclərinə 501 min 549 manat vəsait sərf olunmuşdur. 
    Hesabat dövrü ərzində ümumi xərclənən vəsaitin 50,1 %-ni əmək haqqı və ona bərabər tutulan xərclər təşkil etmişdir.
       “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 09 fevral tarixli Sərəncamına əsasən 01 yanvar 2018 - ci ildən 1399 nəfər pensiyaçının pensiyasına  5.7 faizlik artım tətbiq edilərək yenidən hesablanıb ödənilməsi təmin edilmişdir.  Rayonda ümumi qeydiyyat üzrə 1427 nəfər əmək pensiyaçısı var. Ondan 930 nəfəri yaşa görə, 114 nəfəri ailə başçısını itirməyə görə və 383 nəfəri əlilliyə görə pensiya alanlardır. Rayonda ümumi qeydiyyat üzrə  596 nəfər müavinətçi vardır.
       Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsi tərəfindən hesabat dövrü ərzində məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə 9 aylıq proqnoz tapşırığa 997,8 min manata qarşı 951,1 min manat və ya 95,3%  əməl edilmişdir.
   O cümlədən büdcə təşkilatları üzrə 417,8 min manat proqnaza qarşı 384,3 min manat və ya 92,0 %, qeyri-büdcə təşkilatları üzrə 580 min manat proqnoza qarşı 566,8 min manat və ya 97,7 % əməl edilmişdir.  
     Şöbədə 9 ay ərzində qeydiyyatda 230 hüquqi, 655 fiziki və 812 mülkiyyətində istifadəyə yararlı torpaq sahəsi olan sosial sığorta ödəyicisi vardır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hüquqi, 115 fiziki şəxs və 38 torpaq payçısı çoxdur. Qeydiyyata alınmış 230 hüquqi şəxsdən 80-nin, 655 fiziki şəxsdən 203-nün, 812 torpaq payçılarından 95-nin fəaliyyəti olub və onlarla qarşılıqlı hesablaşma aparılır.
     Rayonda ünvanlı sosial yardıma daha çox ehtiyacı olan insanların, aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2018-ci ilin doqquz ayı ərzində Vahid Elektron  Müraciət və Təyinat alt sistemi (VEMTAS) vasitəsilə 96 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir.
     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 1993-cü il tarixli 433 saylı Qərarına uyğun olaraq 1 nəfər Qarabağ əlili və  1 nəfər Əfqanıstan  əlili   pulsuz minik avtomobili almaq üçün  növbədə  dayanmışdır. 1 Qarabağ əlili pulsuz minik avtomobili ilə təmin edilmişdir.
      2018-ci ilin 9 ayı ərzində Xızı Rayon Məşğulluq Mərkəzində 287 nəfər vətəndaş işaxtaran kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 156 nəfər vətəndaş Mərkəzin vasitəçiliyi ilə rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatlarda daimi işlə  təmin olunmuşdur. Onlardan 70 nəfəri qadınlar, 38 nəfəri gənclər, 15 nəfəri isə məcburi köçkün və qaçqınlar olmuşdur.  
     Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22  noyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na əsasən Xızı Rayon İcra Hakimiyyəti  Başçısının 26 sentyabr 2017-ci il tarixli 55 saylı   sərəncamı ilə Xızı rayonu üzrə fəaliyyət göstərən 4 müxtəlif idarə, müəssisə və təşkilat üzrə 14  nəfərlik  kvota  yeri müəyyən olunmuşdur. Həmin yerlərin hamısı əlillər üçün nəzərdə tutulmuşdur.  Hesabat dövrü  ərzində  qeydiyyata alınmış vətəndaşlar arasında 4 nəfər əlil olmuşdur, qeydiyyatda olan əlil işaxtaran vətəndaşlardan 2 nəfəri işlə təmin olunmuşdur.
     Tərəfimdən imzalanmış 06.09.2018-ci il tarixli 47 №-li Sərəncama müvafiq olaraq  27 sentyabr 2018-ci il tarixdə keçirilən “Əmək Yarmarkası”na rayonda fəaliyyət göstərən 28  idarə, müəssisə və təşkilat tərəfindən 132  boş iş yeri təqdim edilmişdir. “Əmək Yarmarkasında” iştirak edən 150-dan çox işaxtaran və işsiz vətəndaşlardan 37 nəfərinə müvafiq vakant vəzifələrə göndərişlər verilmişdir. Göndəriş verilən vətəndaşlardan 14 nəfəri müxtəlif idarə və təşkilatlarda münasib  işlə təmin olunmuşdur.  Onlardan 4 nəfəri qadınlar, 5 nəfəri gənclər və 1 nəfəri isə məcburi köçkün və qaçqın olmuşdur. 
      2018-ci ilin  9 ayı ərzində  10 nəfər işaxtan vətəndaşa işsizlik statusu verilmiş və işsizlik müavinəti təyin olunmuşdur.  İşsizlik statusu verilmiş 10 nəfər işsiz vətəndaşdan 1-i qadın, 2-i gənc olmuşdur.  
      “Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Xızı Şəbəkə sahəsi tərəfindən  əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 10 kV Yeni-Yaşma, Tıxlı, Xələnc, Baxşılı-Vərdəh, Fındığan hava xəttinə,  Tıxlı hava xəttinin Xızı budaqlanmasına, Altıağac hava xəttinin Yarımca budaqlanmasına, 35 kV Siyəzən-Altıağac hava xəttinə, Xızı şəhərində, Tıxlı kəndində Asya İnkişaf Bankı tərəfindən quraşdırılmış KTM-in sxemə qoşulması üçün 55 ədəd 10 kV dayaq basdırılmış,Yeni-Yaşma,Sitalçay, Şorabad yarım stansiyalarına 19 ədəd mufta və 13 ədəd cərəyan transformatoru quraşdırılmışdır.
    Bundan əlavə Məşədi Həsən kəndində əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün elektrik verlişi xətləri tam yenilənmiş, transformator dəyişdirilmiş, abonentlərin sayğacları yenilənmişdir. Rayonun Yeni-Yaşma, Sitalçay , Fındığan, Tıxlı, Baxşılı  kəndlərində, Altıağac qəsəbəsində və Xızı şəhərində sayğaclaşma tam başa çatdırılmışdır. Giləzi qəsəbəsində SMART tipli sayğaclar quraşdırılması davam etdirilir.
     2018-ci ilin 9 ayı ərzində rayon üzrə dəyəri 4 milyon 102 min 800 manat olan 46 milyon 710 min 600 kVt/saat elektrik enerjisi satışa ötürülmüşdür ki, yığım 3 milyon 873 min manat  və ya 94.4 % təşkil edir. Əhali istehlakçılarına 631 min 625 manat dəyərində 7 milyon 647 min 977 kVt/saat enerji satılmış və 601 min 400 manat vəsait daxil olmuşdur ki, buda  95.21 % təşkil etmişdir.
      Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xızı Xidmət Sahəsi tərəfindən 2018-ci ilin  9 ayı ərzində müəyyən işlər görülmüşdür. Belə ki, rayon ərazisində müxtəlif diametrli 4383 pm qaz xətti dayaqlar üzərində quraşdırılmışdır. 1 ədəd diametri 80 mm-lik və 3 ədəd 100 mm-lik siyritmə yenisilə əvəz olunmuş, 1400 pm müxtəlif diametrli qaz xətti xüsusi antipas boya vasitəsilə rənglənmişdir.
      Fındığan kənd avtomobil yolunun yenidən qurulması ilə əlaqədar diametri 114 mm-lik daşıyıcı qaz xəttinin 35 pm hissəsində yeni yeraltı kecid quraşdırılmış, yolun genişləndirilməsi zamanı həmin xəttin 200 metr hissəsi torpaq altından çıxarılıb yenidən çəkilmiş, Xızı şəhərində diametri 89 mm-lik 30 pm-lik yeraltı keçid yerüstü keçidlə əvəz olunmuşdur.
   Əhali sektoru üzrə 3634 abonent, qeyri-əhali sektoru üzrə 115 abonent qeydiyyatdadır ki, bunlardanda 2018-cı ilin 9 ayı ərzində 60 əhali və 3 qeyri-əhali abonenti yeni qazlaşdırılaraq qeydiyyata alınmışdır. Xızı Xidmət Sahəsi üzrə 20 sərfölçmə qovşağından 9 milyon 467 min 618 m3 təbii qaz qəbul olunmuş, bundan 9 milyon 242 min 328 m3 qaz istehlakçılara, 4 min 967 m3 daxili təlabat üçün istifadə olunmuş və 220 min 322 m3 qaz itkisi (faizlə 2,3%) olmuşdur.
    İstehlak olunan təbii qazın 3 milyon 190 min 364 m3 əhali abonentlərinə, 6 milyon 51min 964 m3 isə qeyri-əhali abonentlərinə satılmışdır. Ümumi satılan təbii qazın dəyərinə görə 1 milyon 581 min 75 manat 99 qəpik və ya 108,1% ödəniş olunmuşdur. O,cümlədən əhali sektoruna satılan qazın dəyərindən 412 min 353 manat 89 qəpik (faizlə 111,2%) ödənilmişdir.
      Xızı Xidmət Sahəsi üzrə təbii qazdan istifadə edən bütün abonentlər 100% sayğaclaşdırılmışdır ki, bunlardan 180 ədədi smart kart tipli sayğaclı abonentlərdir. Hesabat dövründə müəyyən vaxtlarda quraşdırılmış, dövrü istismar müddəti bitmiş 174 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş və rayon ərazisində quraşdırılmış sayğacların 95%-nə texniki baxış keçirilmişdir.
        1 №-li regional Sukanal idarəsinin Xızı abonent işləri sahəsi tərəfindən 2018-ci ilin 9 ayı ərzində müəyyən işlər görülmüşdür. Belə ki, Giləzi qəsəbəsində yerləşən su nasosxanasında 1 ədəd 30 kvt 370d/d gücə malik mühərrik yenisi ilə əvəz edilmiş,  qəsəbədə məhəllədaxili su şəbəkəsində təmir bərpa işləri aparılmış, Sərəki-Fındığan magistral su xəttinin korroziyaya məruz qalmış hissələri yenisi ilə əvəz olunmuş, 8 ədəd d-100 mm, 6 ədəd d-80 mm siyirtmə yenisi ilə əvəz edilmiş, 14 ədəd siyirtmə təmir olunmuşdur.  
     Yeni-Yaşma kəndində magistral və məhəllədaxili su şəbəkəsi yenidən qurularaq 382 abonent tam su ilə təmin edilmiş, Giləzi qəsəbəsində yeni məhəllə adlanan əraziyə 3 nömrəli nasosxanadan 948 p/m məsafədən yeni su xətti çəkilmiş, Sitalçay kəndi ərazisində yerləşən məcburi köçkünlərin yaşayış massivində magistral və məhəllədaxili su şəbəkələri yenidən qurulmuşdur.
     2018-ci ilin 9 aylıq yekun hesabatına dair idarə üzrə su satışı və ödənişi aşağıda qed etdiyimiz kimi olmuşdur: ümumi satış: 453325.88 m3, ödəniş: 373133.04 manat təşkil etmişdir buda 82,3% olmuşdur. Ondan qeyri əhali abonentləri üzrə satış: 3677413.10m3, ödəniş: 323765,51 manat təşkil etmişdir buda 88,12% olmuşdur. Əhali abonentləri üzrə satış: 85912,78m3 ödəniş:49367,53 manat təşkil etmişdir buda 57,46% olmuşdur.
    Hesabat dövrü ərzində 453 min 325 m3  ümumi su satışı olmuş, 373 min 133 manat, yəni 82,3% ödəniş edilmişdir.
    Ondan:
Qeyri əhali abonentləri üzrə satış: 367 min 413 m3, ödəniş 323 min 765  manat,   yəni  88,12 %
Əhali abonentləri üzrə satış: 85 min 912 m3, ödəniş 49 367 manat, yəni 57,46% 
   Xızı TKQ trəfindən 2018-ci ilin 9 ayı ərzində zədələnmələr haqqında daxil olan məlumatlar vaxtında araşdırılaraq problemlər aradan qaldırılmış, yararsız  vəziyyətdə olan 110 abunəçi xətləri yenisi ilə əvəz edilmişdir. Xızı şəhərində 10, Giləzi qəsəbəsində 14, Altıağac qəsəbəsində 30, Şuraabad qəsəbəsində 14, Yeni Yaşma kəndində 7, Baxşılı kəndində 1, Sitalçay kəndində 7 ədəd dirək dəyişdirilərək yenisi ilə əvəz olunuş, şəhər, qəsəbə və kənddaxili kabellər 3000 metr məsafədə blokla dartılmış, Şuraabad EATS-nin, Altıağac EATS-nin krosu yenisi ilə əvəz olunmuşdur.
      1№-li Yol İstismarı MMC tərəfindən 2018-ci ilin 9 ayı ərzində Giləzi-Xızı avtomobil  yolunun 14000m2  hissəsinin asfalt-beton qarışığı  ilə təmir,  6450 p\m küvetlərin təmizlənməsi və yenidən  bərpası, yol çiyinlərinin  çınqıl ilə  bərkidilməsi, Xızı-Xələnc-Qızılqazma avtomobil yolunun  bəzi hissələrində çala  təmiri, küvetlərin təmizlənməsi yol nişanlarının qoyulması işləri aparılmışdır.                       
   Xızı-Qars avtomobil yolunun 10 km hissəsində yolun hamarlanması, Safbulaq kənd  avtomobil  yolunun avtoqreyderlə hamarlanması, Qarabulaq avtomobil yolunun  hamarlanması və çala  təmiri işləri görülmüşdür.                                                                                                            
       6 saylı Yaşıllaşdırma idarəsi tərəfindən 2018-ci ilin 9 ayı ərzində 18 ha sahədə 18334 ədəd müxtəlif  cinslərdən ibarət ağaclar əkilmiş, 3627 ha sahəyə mexaniki  və əl ilə qulluq edilmiş, 9492 ha sahə damcı üsulu ilə suvarılmış, 90 km yanğına qarşı mühafizə zolaqları çəkilmiş, ağacların yaxşı böyüməsi üçün 16 ton üzvü və mineral gübrələr verilmişdir.
    Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına 9 ay ərzində 3 ədəd ağquyruq qartal, 1  ədəd meşə bayquşu, 2 ədəd şahin quşu, 5 ədəd uzunqanad, 1 ədəd ley daxil olmuş və reablitasiya edilərək təbiətə buraxılmışdır. Klinikada 4 ədəd yeni varyerlər tikilmiş, mühafizə rejminin gücləndirilməsi məqsədilə ərazidə mütəmadi reydlər keçirilmiş, 8 qanun pozuntusu aşkarlanaraq 5062,15 (beş min altımış iki manat 15 qəpik) manat məbləğində cərimə tətbiq edilmişdir. 9 ay ərzində 792 turist Milli Parkı ziyarət etmişlər. Onlardan  42 əcnəbi, 750 yerli turistlər olmuşdur. 
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan kənd təsərrüfatının inkişafının və ərzaq təhlükəsizliyinin  prioritet olaraq saxlanılması,  kənd təsərrüfatı məhsullarının ixracının daha da sürətləndirilməsi vəzifələrinin icrası ilə əlaqədar iqtisadiyyatının əsasını kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq təşkil edən rayonumuzda 2018-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 702 hektar artaraq 2232 hektar, arpa əkininin sahəsi 353  hektar artaraq 1794 hektar, yonca əkininin sahəsi isə 41,5 hektar azalaraq 258,5 hektar təşkil etmişdir.  2232 ha buğda sahəsindən 4240,8 ton, 1794 ha arpa sahəsindən isə 2996 ton arpa tədarük edilmişdir. 2018-ci il üçün buğdanın məhsuldarlığı  19,9 sentner, arpanın məhsuldarlığı isə 16,7 sentner təşkil etmişdir.
       Əkilmiş  20 ha qarğıdalı sahəsindən 72 ton, 30 ha kartof sahəsindən 274 ton, 38,5 ha tərəvəz sahəsindən 376,5 ton, 17 ha bostan bitkiləri əkilmiş sahələrdən 221,0 ton, 1,2 ha noxud sahəsindən 1,7 ton məhsul yığılmışdır.
       Hesabat dövründə 624 nəfər məhsul istehsalçısına 2329,15 ha əkin sahəsinə görə 174 min 281 manat subsidiya ödənilmişdir.
    Rayonda  01.10.2018-cı il tarixə 9243 baş iribuynuzlu, 77335 baş xırdabuynuzlu heyvan, 242 baş donuz vardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 269 baş azalmış, xırdabuynuzlu heyvanların sayı 5633 baş, donuzların sayı 101 baş artmışdır. Quşların sayı isə 457 min 964 baş azalaraq 2 milyon 554 min 418  başa olmuşdur.
    Hesabat dövrü ərzində 657 ton inək əti (diri çəkidə), 222 ton qoyun və keçi əti, 3010 ton quş əti olmaqla ümumilikdə  (diri çəkidə) 3889  ton ət istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 312 ton az təşkil edir. Süd istehsalı 5230 ton, yumurta istehsalı 186 milyon 157 min ədədə, yun istehsalı isə 131,2 ton təşkil etmişdir.
     2018-ci ilin 9 ayı ərzində rayonda cəmi 255 baş iri buynuzlu mal-qara süni yolla mayalandırılmış, onlardan 125 baş buzov doğulmuşdur. 2018-ci ilin 9 ayı ərzində yeni doğulmuş 107 baş buzova görə heyvan sahiblərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli 401 nömrəli Qərarı ilə təsdiq edilmiş “Süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq 10700 manat vəsait verilmişdir.
     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50% güzəştlə lizinq yolu ilə heyvandırlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na uyğun olaraq 4 nəfər rayon sakininə lizinq yolu ilə 21 (iyirmi bir) baş damazlıq düyə verilmiş, 2 nəfər rayon sakininə isə  lizinq yolu ilə 16 (on altı) baş damazlıq düyə alınması üçün rəy verilmişdir. 
      2017-2018-ci dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq- Gənclər İdman-Şahmat məktəbi, 1 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 2112 şagird təhsil almışdır ki, onların təlim-tərbiyəsi ilə 313 müəllim məşğul olmuşdur.
        2017-2018-ci dərs ilində rayonun ümumi təhsil müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlər davam etdirilmiş və ehtiyacı nəzərə alaraq məktəblərə müxtəlif inventar və İKT avadanlıqları verilmişdir.
Cənab Prezidentin Sərəncamı ilə rayonun Baxşılı kəndində tikilən 56 yerlik modul tipli ümumi orta məktəbin açılış mərasimi keçirilmiş, Xələnc kəndində 56 yerlik modul tipli ümumi orta məktəbin tikintisi hal-hazırda davam etdirilir.
     “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Xızı məktəbliləri də qoşulublar. Mart ayının 26-da rayon üzrə ümumtəhsil məktəblərinin IX-XI siniflərindən təhsildə xüsusi ilə fərqlənən 40 nəfər şagird Lənkəran-Masallı-Astara marşurutu üzrə yola düşmüşlər. Layihənin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
         14 iyun 2018-ci il tarixdə rayonun bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilmişdir.
2018-ci ilin iyun ayında Təhsil şurasının növbəti iclasında məktəb rəhbərlərinin iştirakı ilə 2017-2018-ci dərs ilinin yekunları təhlil edilmişdir. Yekun nəticəyə görə rayonun ümumtəhsil məktəbləri  üzrə təhsildə keyfiyyət göstəricisi  65,3%  təkşil  etmişdir.    
       Rayon  üzrə buraxılış imtahanları 03 iyul 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən  Giləzi qəsəbə tam orta məktəbində mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Buraxılış imtahanları  “ Əsasnamə”yə uyğun aparılmış, heç bir qanun pozğunluğuna yol verilməmişdir. Belə ki, IX sinif şagirdləri 2 fəndən-Azərbaycan dili və riyaziyyat fənlərindən, XI sinif şagirdləri isə 3 fəndən-Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən imtahan vermişlər.
      İmtahana buraxılan 110 nəfər XI sinif şagirdindən 110 nəfəri, 161 nəfər  IX sinif şagirdindən isə 161 nəfər imtahanlarda iştirak etmişlər.
     Təhsil Nazirliyinin yekun attestasiyasının  nəticəsinə görə  XI sinfi bitirən 110 nəfərə tam orta, IX sinfi bitirən 161 şagirdə isə ümumi orta təhsil haqqında attestatların verilməsi qərara alınmışdır.
    Respublikanın müxtəlif ali və orta-ixtisas məktəblərinə qəbul məsələsi Təhsil şöbəsi  tərəfindən diqqətlə izlənilmiş, nəticələr məktəb rəhbərlərinin iştirakı ilə təhlil edilmişdir. Belə ki, ali məktəblərə sənəd vermiş 70 nəfər məzundan 36 nəfəri ali məktəblərə, 11 nəfəri isə orta-ixtisas təhsil müəssisələrinə qəbul olmuşlar. IX sinif bazasından orta-ixtisas  məktəblərinə sənəd verən şagirdlərdən 11 nəfəri kolleclərə qəbul olmuşlar.
     2018-ci ilin hesabat dövrünədək rayonun ümumtəhsil müəssisələri üçün müxtəlif məktəb inventarları, mebel və digər avadanlıqlar alınaraq paylanmışdır. Dərs ili ərzində məktəblərdə olan İKT avadanlıqlarının sayı 194 dəstə çatdırılmışdır.
      Hər il olduğu kimi, bu il də məktəblərin dərsliklərlə təmin edilməsinə xüsusi diqqət yetirilmiş,  I-XI sinif şagirdləri üçün 89 adda 9116 ədəd pulsuz dərsliklər və 47 adda  442 ədəd müəllim üçün vəsait alınıb məktəblərə çatdırılmışdır.
    2018-2019-cu dərs ilində Xızı rayon Təhsil şöbəsi 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq-Gənclər İdman-Şahmat və 1 Uşaq Gənclər İnkişaf Mərkəzi ilə fəaliyyətə başlamışdır. Həmçinin rayonun ümumtəhsil məktəblərinin  əhatə etdiyi  ərazilərdə məktəbyaşlı  uşaqların  bütünlükdə təhsilə cəlb edilməsi məktəb rəhbərlərinə həvalə olunmuşdur. Bu dərs ilində rayonun Xızı şəhər, Giləzi qəsəbə, Şuraabad qəsəbə, Altıağac qəsəbə, Yeni-Yaşma kənd, Sitalçay kənd, Sitalçay 1 saylı, Fındığan kənd tam orta və Tıxlı kənd ümumi orta məktəblərində 194 nəfər şagird üçün 10 sinif komplekti olmaqla 2013-cü ildə anadan olmuş uşaqlar üçün Məktəbəhazırlıq qrupları təşkil edilmişdir. Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər öyrədici kurslara cəlb edilmişlər.
      15 sentyabr 2018-ci il tarixdə “Bilik günü” rayonun ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd olunmuşdur.
     2018-2019-cu dərs ilinin “Ümumi təhsildə keyfiyyət ilinin davamı” elan edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinin icrası ilə əlaqədar Təhsil şöbəsində “Fəaliyyət planı” hazırlanmış, nəzərdə tutulan təşkilati-pedaqoji tədbirlərin icrasına başlanılmışdır.
      Rayonun ümumtəhsil müəssisələrində yeni dərs ilinin ilk məşğələsi Azərbaycan Respublikası Təhsil Nazirinin əmrinə əsasən I-IV siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”,  X-XI siniflərdə  “ Azərbaycan Xalq Cumhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunmuşdur.
     Əhaliyə tibbi xidmət 12 tibb müəssisəsi (Xızı  Rayon Mərkəzi Xəstəxanası, 6 həkim məntəqəsi və 5 tibb məntəqəsi) tərəfindən göstərilir. Rayon üzrə tibb məntəqəsi Qarabulaq və Xələnc kəndlərində yoxdur. Fındığan kənd və Şorabad qəsəbə tibb məntəqələrində həkim məntəqə müdiri yoxdur. Fəaliyyət göstərməyən məntəqələrin və həkim olmayan  kəndlərin işləri Xızı rayon Mərkəzi xəstəxanasının tibbi heyəti tərəfindən aparılır. Cəmi rayon üzrə tibb işçilərinin sayı- 83 nəfərdir. Onlardan həkimlərin sayı- 29, orta tibb işçilərinin sayi isə-54 nəfərdir. Rayon üzrə vakant iş yeri- 31, onlardan vakant həkim-10, vakant orta tibb işçilərinin sayı-21 nəfərdir. 2018-ci ilin 9 ayı ərzində işə qəbul olunan həkimlərin sayı-4 nəfər olmuşdur.
      Hesabat dövrü ərzində 4-ü təxirəsalınmaz, 10-u isə planlı olmaqla rayon Mərkəzi Xəstəxanasında    14  cərrahiyyə əməliyyatı aparılmışdır.
     Cənab Prezidentin tapşırığına əsasən rayon üzrə müəssisələrdə, təşkilatlarda və yaşayış məntəqələrində əhalinin tibbi profilaktik müayinələri həyata keçirilmişdir ki, 2018-ci il  fevral ayının 10-dan may ayının 01-dək 10637 nəfər sakin profilaktik baxışdan keçirilmişdir.  Profilaktik baxış zamanı sağlam hesab edilənlərin sayı 10052 nəfər, aşkar olunan xəstələrdən ambulator müalicəyə  cəlb olunanların sayı 524 nəfər, stasionar müalicəyə göndərilənlərin sayı 35 nəfər olmuşdur.  26 nəfər müayinə və müalicə üçün Bakı və Sumqayıt şəhərlərinə ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir.   
     Rayon üzrə şəkərli diabet xəstələrinin sayı 255 –onlardan uşaqlar 3 nəfər,  vərəmli xəstələrin sayı cəmi 73- onlardan uşaqlar-1nəfər, xroniki böyrək çatmamazlığı ilə qeydiyyatda olanlar 7- onlardan uşaqlar-1nəfərdir, dializ alan xəstələrin sayı-3 nəfərdir.    
     Rayonda  Hemofiliyalı xəstələr yoxdur. Rayon üzrə onkoloji xəstələrin sayı-47, onlardan uşaqlar-1. İlk dəfə qeydə alınan onkoloji xəstələrin sayı-18 nəfərdir. 9 ay ərzində onkoloji xəstələrdən ölənlərin sayı-9 nəfər olmuşdur. Rayonda Talassemiyalı xəstələrin sayı-8, uşaqlar-3, ölənlərin sayı yoxdur. 2018-ci ilin 9 ayı ərzində  ilkin qeydiyyata  götürülənlər olmayıb.  
     2018-ci ilin 9 ayı ərzində Xızı rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb xəstələrinin sayı 100 nəfərdir ki, onlardan 9 nəfəri uşaqdır.
      Rayon üzrə doğuşların sayı-119, onlardan Xızı RMX-nın doğuş şöbəsində doğulanların sayı-21 nəfərdir.
    Rayonda uşaqların icbarı dispanzerizasiyası planlı şəkildə aparılır. 2018-ci ilin 9 ayı ərzində tibbi müayinədən keçən uşaqların sayı 1102 nəfər olmuşdur. Onlardan aşkar olunan xəstə uşaqların sayı-200 nəfərdir. Xəstələrdən dispanser nəzarətinə götürülənlərin sayı 7, sağalma ilə qeydiyyatdan çıxanların sayı 8 nəfər olmuşdur.
      Hesabat dövrü ərzində ərzində “Qəyyumluq və himayəçilik komissiyası”na 6 müraciət daxil olmuşdur ki, həmin müraciətlərdən 2-i uşağın adının və soyadının dəyişdirilməsi barədə, 1 müracət uşağın üzərində qəyyumluğa (himayəçiliyə) xitam verilməsi və yeni qəyyumun (himayəçinin) təyin edilməsi barədə, 1 müraciət nigah yaşının azaldılması barədə , 2 müraciət övladlığa uşaq götürməyi arzu edən qismində uçota alınması barədə olmuşdur.
      Tərəfimdən imzalanmış 17.09.2018-ci il tarixli 53 nömrəli sərəncamla  valideyn  himayəsindən məhrum olmuş 3 azyaşlı uşağın dövlət  uşaq evlərinin birinə yerləşdirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldırılmışdır.
     2018-ci ilin 9 ayı ərzində rayon ərazisində 21-i oğurluq, 6-sı xəsarət, 4-ü ölüm, 8-i narkotik vasitələrinin qanunsuz saxlanılması, 2-i dələduzluq, 1-i mənimsəmə, 3-ü xuliqanlıq, 1-vəzifədən sui istifadə etmək hadisəsi olmaqla Xızı Rayon Polis şöbəsi tərəfindən ümumilikdə 46 cinayət  hadisəsi qeydə alınmış, bunlardan 44-ü açılmış, 2-i bağlıdır.  Hesabat dövrü ərzində azyaşlılar tərəfindən cinayət hadisəsi törədilməmişdir.
      2018-ci ilin 9 ayı ərzində Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 244 vətəndaş müraciəti daxil olmuşdur ki, bundan 228-i ərizə,  16-ı şikayətdir. Daxil olan müraciətlərdən 91-i, o cümlədən nəzarətlə 9-u Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 4-ü Azərbaycan Respublikasının Milli Məclisindən, 8-i Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, 19-u Respublikanın digər təşkilatlarından daxil olan, 122-i isə bilavasitə Xızı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir. Ötən ilin müvafiq dövrü ilə  müqayisədə müraciətlərin ümumi sayı 33 vahid (15,6%), ARPA-dan daxil olan müraciətlərin sayı 20 vahid (28,2%), Nazirlər Kabinetindən daxil olan müraciətlərin sayı 3 vahid (62,5%),  digər respublika təşkilatlarından daxil olan müraciətlərin sayı 6 vahid (68,4%) artmış, şikayətlərin sayı 13 vahid (44,8%), Milli Məclisdən daxil olan müraciətlərin sayı 4 vahid (50%) azalmışdır.
    Ümumilikdə daxil olan 244 müraciətdən 63-ü həll edilmiş, 17-i əsassız hesab olunmuş,144-ü barədə müvafiq izahat verilmiş, 10-u baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilmiş, 8-i baxılmamış saxlanılmışdır. Müraciətlərdən 2-i  icraatdadır.
      Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən  və Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan vətəndaş müraciətlərinə xüsusi nəzarətlə baxılmış, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlanıldıqda (Yuxarı təşkilatlara) dövlət hakimiyyəti orqanına məlumat verilməsi təmin olunmuşdur. Daxil olan hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və formada baxılaraq müraciət sahiblərinə rəsmi cavablar verilmişdir.     
       Hesabat dövrü ərzində 88 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 29 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 1272 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 38  nəfər olmuşdur. 
     2018-ci ilin 9 ayı ərzində Xızı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına heç bir şikayət ərizəsi daxil olmamışdır. 

      Hörmətli toplantı iştirakçıları,

    Yekun nitqində Azərbaycanda Pambıqçılıq, Üzümçülük, zeytunçuluq, Tütünçülük, Tərəvəzçilik, Meyvəçilik, Baramaçılıq və s. sahələrdə əldə olunan nailiyyətlər barədə məlumat verən dövlət başçımız, daxili tələbatın təmin edilməsinin, məhsuldarlığın artırılmasının, elmi yanaşmanın tətbiq edilməsinin və ixrac imkanlarımızın genişləndirilməsinin vacibliyini vurğuladı.
Cənab Prezident  İnfrastruktur layihələri ilə bağlı məsələləri Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıraraq qeyd etdi:
     Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq. Bu il 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometr idi. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır. İçməli su layihələri, meliorativ tədbirlər uğurla icra edilir. Bu il biz 100 min hektar torpağa su gətirmişik, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna qədər 30-u da qazılacaq. Bu il Bakıda iyirmiyə yaxın məktəb əsaslı təmir edilib, tikilib. Bölgələrdə yüzlərlə məktəb təmir edilib, o cümlədən 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulur. 42 tibb müəssisində təmir-tikinti işləri aparılmışdır.
     Gələn ilin əvvəlində növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının  qəbul edəcəyini bildirən cənab Prezident dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlərin öz əksini tapmalı olduğunu bildirdi.

      Hörmətli toplantı iştirakçıları,

   İcazə verin sonda rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.

Keçidlər