Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda qanvermə aksiyası keçirilmişdir

12 oktyabr 2018 | 16:00

   Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin,  Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılıgı ilə 12 oktyabr 2018-ci il tarixdə Xızı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilatların nümayəndələri, könüllülər iştirak ediblər. Onlar əvvəlcə tibbi müayinədən keçiblər. Sonra Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının həkim briqadası donorlardan qan götürüb. Əsasən talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədi ilə keçirilən  aksiyada 134 nəfər  donor qan verib.

 

Keçidlər