Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirildi

16 noyabr 2018 | 16:00

 Hər il olduğu kimi bu il də  Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
   Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
  16.11.2018-ci il tarixdə  Xızı rayon Icra Hakimiyyətinin Konfrans zalında "Ölkəmizi tanıyaq" tur aksiya iştirakçılarının, Şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirildi.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Xəzər Aslanov “Ölkəmizi tanıyaq” lahiyəsi barədə geniş məlumat verərək məktəblilərin dünyagörüşünün və onlarda vətənpərvərlik hissinin yüksəlməsində tur-aksiyasının əhəmiyyətindən danışmış, onlara uğurlu yol arzulamışdır.Görüşdə iştirak edən məktəblilər və valideynlər tur-aksiyasının təşkili ilə bağlı ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər