Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vətəndaşları qəbul edib.
14 may 2026 | 12:54
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızı rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızı şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
14 may 2026-cı il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Xızı və Siyəzən rayon sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında uşaqla ünsiyyət, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər məsələlər yer alıb.
Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.






