Şriftin ölçüsü :

Saytın rəngi :

Aramsız yağışlar nəticəsində sel sularından zərər çəkmiş aztəminatlı ailələrə ərzaq yardımı paylanmışdır.

02 aprel 2026 | 17:36

     Son günlər müşahidə olunan güclü və aramsız yağışlar nəticəsində bəzi yaşayış evləri su altında qalmış, vətəndaşlara maddi ziyan dəymişdir.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, evləri su basmış ailələrə dəstək məqsədilə Xızı Rayon İcra Hakimiyyəti və Giləzi Bələdiyyəsi tərəfindən operativ tədbirlər həyata keçirilmiş, onların ilkin ehtiyaclarının qarşılanması istiqamətində müvafiq işlər görülmüşdür. Ümumilikdə aramsız yağışlar nəticəsində sel sularından zərər çəkmiş 92 aztəminatlı ailəyə ərzaq yardımı paylanmışdır.

 

Keçidlər