Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xızı şəhərində Xızı və Siyəzən rayonları sakinlərinin qəbulunu keçirib.

24 yanvar 2025 | 15:35
Komitə sədri Anar Quliyev Xızı şəhərində Xızı və Siyəzən rayonlarından olan sakinlərlə görüşüb.
Qəbuldan öncə Komitə sədri Anar Quliyev və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Ümummilli Lideri Heydər Əliyevin Xızı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar, əziz xatirəsini dərin ehtiramla yad ediblər. 
 
Qəbul zamanı vətəndaşların əsasən, torpaq və digər daşınmaz əmlak üzərində hüquq, yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin layihələndirilməsi və tikintisinə icazə icraatı ilə bağlı sualları cavablandırılıb. Eyni zamanda, şəhərsalma qanunvericiliyinin tələbləri və Komitə tərəfindən yaradılmış #Elektronİcazə (e-tikinti) sisteminin üstünlükləri və imkanları barədə vətəndaşlara ətraflı məlumat verilib.
Keçidlər