Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanma müddəti yanvarın 15-dək uzadılıb

21 dekabr 2023 | 08:55

Aqrar Sığorta Fondu elan edirki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 15 yanvar 2024-cü il tarixinədək davam edəcək.

Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər.

Fond bildirir ki, 2024-cü il 15 yanvar tarixinədək göndərilən SMS-lərüzrə 5 işgünü ərzində ödənişlərin edilməsi mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Kəndtəsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»nda dəyişiklik edilməsi haqqında 1 sentyabr 2021-ci il tarixli Fərmanına əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları aqrar sığorta olunmaqla verilir.

Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkiləri üzrə əkin subsidiyaları aqrarsığorta olunmaqla ödənilir. 

Fermerlərə dəstək məqsədilə sığorta haqqının  50%-I dövlət tərəfindən ödənilir.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmət və sığorta məhsulları, eləcədə sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və sosial media hesablarından əldə etmək mümkündür.

Keçidlər