Şriftin ölçüsü :

Saytın rəngi :

"Azəriqaz" İB-nin baş direktoru Xızı rayonunda vətəndaş qəbulu keçirib

27 fevral 2026 | 16:56

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov  Xızı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan öncə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Xızı şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

 Birlik rəhbəri Xızı ilə yanaşı, Siyəzən, Xaçmaz və digər ətraf rayonlardan qəbula üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, qaz xəttinin yerinin dəyişdirilməsi, kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar. Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Sumqayıt və Xaçmaz Regional qaz istismarı İdarələrinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Keçidlər