Şriftin ölçüsü :

Saytın rəngi :

"Biliklə gələcəyə" adlı kitab sərgisi keçirilib.

28 iyul 2026 | 14:38

Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xızı rayon Heydər Əliyev Parkında "Biliklə gələcəyə" adlı kitab sərgisi keçirilib.

Sərgidən öncə uşaqlara qarşı zorakılıq və istismar hallarının qarşısının alınması, onların hüquqlarının qorunması yolları, kitaba olan maraqlarının artırılması mövzusunda çıxışlar edilmişdir.

Sərginin məqsədi uşaqlar arasında mütaliə vərdişlərinin təşviq edilməsi, kitaba və mütaliəyə marağın artırılması, bilik və maarifləndirmənin dəstəklənməsi, oxu mədəniyyətinin formalaşdırılması və asudə vaxtın səmərəli təşkil edilməsidir.

Keçidlər