"Bir gün, bir şair, min duyğu.." adlı tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noybar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üçün 2020-2025-ci illər üzrə Fəaliyyət Planı”nın 5.4.5-ci bəndinə və Xızı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2025-ci il üçün İş Planının 20-ci bəndinə uyğun olaraq 11.12.2025 tarixində Xızı Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Xızı rayonu üzrə regional nümayəndəliyinin təşkilatçılığı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin iştirakı ilə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Xızı rayon Mikayıl Müşfiq Muzeyində məktəblilərlə "Bir gün, bir şair, min duyğu.." adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Mikayıl Müşfiqin həyatı, yaradıcılıq yolu haqqında geniş məruzələr dinlənilib, məktəblilərin ifasında şairin şeirləri səsləndirilib.
Çıxış edənlər bildiriblər ki, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, mədəni, tarixi irsimizə hörmət aşılamaq baxımından bu kimi ekskursiya-tədbirlərin böyük əhəmiyyəti vardır.
Sonda şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.






