Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət idarəçiliyində və kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması”  mövzusunda maarifləndirici tədbir keçirilmişdir. 

01 fevral 2023 | 14:50

 01 fevral 2023-cü il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində  Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2013-cü il tarixli, 2837 №li  Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda icrası nəzərdə tutulan “Dövlət idarəçiliyində və kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması”  mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Xızı rayon Gənclər və İdman İdarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin əməkdaşları, rayon üzrə Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etmişdir.

     Tədbiri giriş sözü ilə açan Xızı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla için təşkilatçısı Abdulla Hüseynov dilimizin ilk növbədə  onun daşıyıcısı olan xalqın yaşatdığını bildirərək, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan bəhs etdi. Dilçiliklə məşğul olan şəxslərin, ziyalıların, ana dilinin dövlət dili kimi varlığının qorunub saxlanması uğrunda mübarizəyə cəlb edilməsinin və beləliklə, bütün qüvvələrin bu amal uğruna səfərbər edilməsinin vətəndaşlıq borcu olduğunu diqqətə çatdırdı. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin dövlət dilinin konstitusiyanın 21 ci maddəsində təsbit olunmasının, sonrakı dövrdə isə dövlət dili haqqında qanunun təsdiq etməsinin Azərbaycan dilinin daha da sürətli inkişafı üçün  zəmin yaratdı. Daha sonra dövlət idarəçiliyində və kütləvi informasiya vasitələrində dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən tətbiq olunmasının hazırda aktual məsələlərdən olduğu və dilimizin yad ünsürlərdən qorumasının vacibliyindən bəhs edən geniş çıxışlar dinlənildi.

     Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər