“Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrlarının idarə edilməsi” mövzusunda təlim keçirilib.
19 Noyabr 2025-ci il tarixdə Xızı Rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında Dövlət İmtahan Mərkəzinin əməkdaşı tərəfindən dövlət qulluğunda çalışan şəxslər üçün “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrlarının idarə edilməsi” mövzusunda təlim keçirilib.
Təlim zamanı Mərkəzin əməkdaşı Nərmin Ağayeva iştirakçılara dövət qulluğunda vəzifələrin vakansiyaya çıxarılması qaydaları, vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibənin növləri, ehiyat kadrlar sistemi və onun idarə edilməsi, ehtiyat kadrların dövlət qulluğu vəzifələrinə təyin edilməsi ilə bağlı vacib məqamlar kimi yarımbaşlıqlar ətrafında məlumat verdi.
Təlimin sonunda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.






