Energetika naziri Pərviz Şahbazov Xızı rayonunda vətəndaşları qəbul edib.
28 noyabr 2025 | 15:33
Energetika naziri Pərviz Şahbazov Xızı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov və Energetika naziri Pərviz Şahbazov Xızı şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Qəbulda vətəndaşların qaz təchizatı, kəndin qazlaşdırılması, qaz sayğaclarının quraşdırılması, elektrik enerjisi təchizatı, küçə işıqlandırılması, elektrik dirəklərinin istismar vəziyyəti, elektrik xətlərinin çəkilməsi, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Bakı və Sumqayıt şəhərləri, Xızı və Abşeron rayonlarından olan 27 vətəndaş iştirak edib.






