Erkən nikah və qohum nikahlarının mənfi nəticələri haqqında maarifləndirici tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na uyğun olaraq 28 oktyabr 2022-ci il tarixində erkən nikah və qohum nikahlarının mənfi nəticələri barədə Xızı rayonu Yeni Yaşma kənd və akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəblərinin 9, 10, 11-ci sinif şagirdləri ilə maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi və üzvləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin, Xızı Rayon Polis şöbəsinin əməkdaşları, “Xızı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkim-terapevti iştirak etmişdir.
Tədbirdə erkən nikah və qohum nikahlarının mənfi nəticələri mövzusunda geniş məruzələr dinlənilmiş, mövzuya dair video-slayd nümayiş etdirilmiş və tədbir iştirakçıları ilə müzakirələr aparılmışdır.