“Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib.
İyunun 12-də Xızı rayonu Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbində Xızı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq İnsan Hüquqları aylığı çərçivəsində “Etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədr müavini Ümman Rüstəmli, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştiak ediblər.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və dövlət himninin oxunması ilə başlanıb. Çıxışlarda bildirilib ki, İnsan hüquqları bir xalqın, dövlətin deyil bütün bəşəriyyətin ortaq dəyəri olmalıdır. Hüquqların müdafiə olunmadığı bir cəmiyyətdə ədalət, inkişaf və sabitlik mümkün deyil. Buna görə də hər bir fərdin borcudur ki, hüquqların müdafiəsinə laqeyd qalmasın və bu dəyərləri yaşatmaq üçün fəallıq göstərsin.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.






