Fındığan kəndində növbəti səyyar qəbul keçirilib.
18 iyul 2025 | 17:25
18 iyul 2025-ci il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Fındığan kənd sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov kənd sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.






