Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bugün Xızı şəhərində Xızı və Siyəzən rayonları sakinlərinin qəbulunu keçirib.

17 yanvar 2025 | 15:29

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bugün Xızı şəhərində, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Xızı və Siyəzən rayonları sakinlərinin qəbulunu keçirib.

Əvvəlcə, nazir K.Heydərov və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Ümummilli Lideri Heydər Əliyevin Xızı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Xızı və Siyəzən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Keçidlər