"Gələcəyə inam" adlı maarifləndirici görüş keçirilib.
19 iyun 2026 | 14:31
Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 19 iyun 2026-cı il tarixində Giləzi qəsəbə tam orta məktəbində "Gələcəyə inam" adlı maarifləndirici görüş keçirilib.
Məqsəd uşaq və yeniyetmələrin insan hüquqları, gender bərabərliyi, insan alveri və zorakılığa qarşı mübarizə, erkən nikah və onun fəsadları haqqında maarifləndirilməsi olmuşdur.
Tədbirdə uşaqların iştirakı ilə mövzular ətrafında müzakirələr aparılmış, erkən nikah və onun mənfi nəticələrinə həsr olunmuş film nümayiş etdirilmişdir.






