Şriftin ölçüsü :

Saytın rəngi :

"Gələcəyə inamla addımla" adlı marifləndirici tədbir keçirilmişdir.

14 mart 2025 | 15:13

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın 2025-ci il üçün Tədbirlər Planının 5-ci, Xızı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının 2025-ci il üçün İş Planının 3-cü bəndinə uyğun olaraq Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 14 mart 2025-ci il tarixində Altıağac qəsəbə A.Abdullayev adına tam orta məktəbində "Gələcəyə inamla addımla" adlı tədbir keçirilmişdir.

Tədbirdə yetkinlik yaşına çatmayanlara insan hüquqları, gender bərabərliyi, insan alveri və zorakılığa qarşı mübarizə, erkən nikah və onun fəsadları haqqında maarifləndirici məlumatlar verilmiş, uşaqlarla mövzu ətrafında müzakirələr aparılmış və sonda erkən nikahın mənfi fəsadlarına həsr olunmuş film nümayiş etdirilmişdir.

Keçidlər