Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər arasında ailənin əhəmiyyəti və erkən nikahın mənfi nəticələri” adlı maarifləndirici tədbir keçirilmişdir.

16 oktyabr 2024 | 17:12

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”na uyğun olaraq, 16 oktyabr 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayon sektorunun birgə təşkilatçılığı, Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin müəllim kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclər arasında ailənin əhəmiyyəti və erkən nikahın mənfi nəticələri” adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə erkən nikaha səbəb olan hallar, qohumlar arasında nikahın mənfi nəticələri və bu halların qarşısının alınması istiqamətində görülmüş işlər mövzusunda geniş məruzələr dinlənilmiş, mövzuya dair video-slayd nümayiş etdirilmiş və tədbir iştirakçıları ilə müzakirələr aparılmışdır.

Keçidlər