Şriftin ölçüsü :

Saytın rəngi :

Giləzi qəsəbəsində "Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq" adlı tədbir keçirilib.

14 oktyabr 2024 | 10:51

Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Xızı Rayon Polis Şöbəsi, Xızı Rayon Mərkəzi Xəstəxanası və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 11 oktyabr 2024-cü il tarixində Giləzi qəsəbə tam orta məktəbdə "Narkomaniyaya qarşı birlikdə mübarizə aparaq" adlı tədbir keçirilib.

Tədbirin məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrin mənfi təsiri ilə bağlı bilikləndirməkdir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu haqqında videoçarx nümayiş etdirilib.

Keçidlər