Giləzi qəsəbəsində növbəti səyyar görüş-qəbul keçirilib
18 oktyabr 2024 | 14:55
18 oktyabr 2024-cü il tarixində Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov təsdiq olunmuş qrafikə əsasən növbəti səyyar qəbulunu Giləzi qəsəbə sakinləri ilə keçirib.
Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov qəsəbə sakinlərini narahat edən problemləri dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.