Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və  Azərbaycan Gəncliyi”  mövzusunda tədbir keçirildi.

02 fevral 2023 | 16:07

  02 Fevral 2023-cü il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq  Xızı Rayon İcra Hakimiyyətinin Xızı rayon Gənclər və İdman idarəsinin, YAP Xızı Rayon Təşkilatının, və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı Rayon bölməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və  Azərbaycan Gəncliyi”  mövzusunda gənclərlə tədbir keçirildi.

  Tədbiri Xızı rayon Gənclər və İdman idarəsinin rəisi Kamran Quliyev açıq elan edərək gəncləri təbrik etdi.  Daha sonra Xızı Rayon İcraHakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Abdulla Hüseynov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev,  Xızı Rayon Gənclər və İdman idarəsinin rəisi Kamran Quliyev,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin rəisi polkovnik-leytenant Gündüz Abdullayev, Vətən müharibəsi iştirakçıları, ümumtəhsil müəssisələrinin müəllim kollektivi, rayonun fəal gəncləri və könüllüləri iştirak etdi.

    Azərbaycan Respublikasının Müstəqiliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Xızı Rayon İcraHakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin  müavini  Abdulla Hüseynov  bildirdi ki, gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı  “gənclər ölkəsi” gəncləri isə “Azərbaycanın gələcəyi”  adlandırır,  gənc nəslə hər zaman diqqət və qayğı göstərirdi.Bu gün də hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır.

   Sonra YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon şöbəsinin rəisi polkovnik leytenant Gündüz Abdullayev, Xızı rayon Gənclər və İdman idarəsinin rəis müavini Elyanar Hüseynov, Xızı şəhər tam orta məktəbinin müəllimi Xatın Abadova mövzu ətrafında çıxış etdilər.

     Sonda ötən dövr ərzində Dövlət Gənclər siyasəti və rayonun ictimai - siyasi sahəsində fərqlənən bir qrup gənclərə fəxri - fərmanlar  və hədiyyələr təqdim olundu.

     Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra  qonaqlar tərəfindən Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş Xızı rayon yeniyetmə və gənc rəssamlarının hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Keçidlər