Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Dövlət Gənclər siyasəti” adlı tədbir keçirilib.

30 yanvar 2026 | 16:55

30 yanvar 2026-cı il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayonu üzrə Gənclər və İdman sektorunun, birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Dövlət Gənclər siyasəti” adlı tədbir keçirilib. Tədbirdə rayonun mədəniyyət, təhsil,elmi-pedaqoji fəaliyyət sahəsində fərqlənən qabaqcıl gəncləri ilə yanaşı rayon idarə, müəssisə və təşkilat nümayəndələri də iştirak edib.

     Tədbirdən öncə rayon gəncləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyulub.

     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk  öncə, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra 02 fevral – Gənclər Gününə həsr edilmiş video-slayd nümayiş etdirilib.

      Tədbirdə iştirak edən Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat  və İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov bildirib ki, Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsinə hər zaman böyük əhəmiyyət verdiyini, bugün də eyni siyasi xəttin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini diqqətə çatdırılıb.

     Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyini dövlətin gələcəyi və inkişafının əsas dayağı kimi dəyərləndirmişdir. Onun müəyyən etdiyi dövlət gənclər siyasətində gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasına, təhsilinin, intellektual və vətənpərvərlik ruhunun inkişafına dair geniş çıxışlar dinlənilib.

      Sonda Xızı rayonunda öz fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərman təqdim olunub.

Keçidlər