Şriftin ölçüsü :

Saytın rəngi :

“Heyvandarlıq sahəsində mövcud imkanlar, çətinliklər və prespektivlər” mövzusunda tədbir keçirilmişdir.

23 yanvar 2026 | 15:16

Xızı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heyvandarlıq sahəsində mövcud imkanlar, çətinliklər və prespektivlər” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Vüqar Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Xızı KOB dostu Amil İsmayılov, Xızı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Bəylər Mahmudov, aidiyyəti dövlət qurumlarının əməkdaşları və sahibkarlar iştirak etmişlər. Tədbirdə Xızı rayonunda kənd təsərrüfatının heyvandarlıq sahəsi üzrə mövcud vəziyyəti, heyvandarlıq sahəsinin inkişaf perspektivləri və mövcud problemlərlə bağlı çıxışlar edilmiş və təkliflər səsləndirilmişdir. Bank əməkdaşları maliyyə vəsaitlərinə çıxışla bağlı maariflədirici fikirlər bildirmişlər.

Keçidlər