Şriftin ölçüsü :

Saytın rəngi :

"İdman hamı üçün" adlı tədbir keçirilib.

22 avqust 2025 | 14:45

22 avqust 2025-ci il tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Xızı Rayon İcra Hakimiyyətinin iştirakı ilə Xızı rayonu Fındığan kəndində "İdman hamı üçün" layihəsi çərçivəsində atletika üzrə məşqçi-müəllim tərəfindən açıq havada nümunəvi çıxışlar keçirilib. Məqsəd rayonda uşaq, yeniyetmə və gənclər arasında bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği və uşaqların asudə vaxtının səmərəli təşkil olunmasıdır.

Keçidlər