"İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "İnsan Hüquqları Aylığı" elan olunması ilə bağlı müraciətinə uyğun olaraq, insan hüquq və azadlıqlarının müdafiəsi, təşviqi məqsədilə, ölkə başçısı cənab Prezident İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun tarixinin Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilməsinin növbəti ildönümü ilə əlaqədar Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Abşeron - Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 29 may 2025-ci il tarixində 18 may - 18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində Xızı rayonu M. Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində "Gələcəyə inamla addımla" adlı maarifləndirici görüş keçirilmişdir.
Məqsəd gənclərin insan hüquqları, gender bərabərliyi, insan alveri və zorakılığa qarşı mübarizə, uşaq əməyinin istismarı, erkən nikah və onun fəsadları haqqında maarifləndirilməsi, uşaqların hüquqlarının təmin olunması məsələlərinə diqqətin artırılması olmuşdur.






